Erməni baş nazirdən aprel məğlubiyyəti ilə bağlı ŞOK AÇIQLAMA

Erməni baş nazirdən aprel məğlubiyyəti ilə bağlı ŞOK AÇIQLAMA
DÜNYA
20:16 02.03.2017
1336
Ermənistanın baş naziri Karen Karapetyan  parlamentdə çıxışı zamanı  2016-cı ilin  aprel müharibəsi  ilə bağlı şok açıqlama verib.  
AZXEBER.COM cebhe.info-ya istinadən xəbər verir ki, baş nazirin Ermənistanın ötənilki məğlubiyyətinin səbəbləri  barədə söylədiyi  fikirlər ölkədə siyasi rezonans doğurub.

 Karen Karapetyanın sözlərinə görə, aprel müharibəsi günlərində Ermənistan ordusunda dizel yanacağı çatışmayıb. Bu səbəbdən də hərbi texnikadan istifadə etmək mümkün olmayıb: "Dizel yanacağına kerosin qatılır və nəticədə keyfiyyətsiz yanacaq alınır.  Baş verənləri  xəyanətdən başqa cür adlandırmaq olmaz.  Çünki belə fırıldaqların ucbatından hərbi texnika işləməyib, nəticədə çoxsaylı  insan tələfatı baş verib.  İndi sual yaranır,   bu vaxta qədər  nə üçün  bu məsələ ilə bağlı cinayət işi açılmayıb? Ümumiyyətlə, buna görə kim cavabdehlik daşımalıdır?  Hər halda Serj Sarkisyan hələ ali baş komandan olaraq qalır, həmin dövrdə müdafiə naziri olan Seyran Ohanyan müxalifətə keçib, fəaliyyətdə olan müdafiə naziri  Viqen Sarkisyan isə şəxsi piarı ilə məşğuldur”- baş nazir belə deyib. 

Karen Karapetyanın qeyd edilən açıqlaması əslində bir neçə hədəfə siyasi zərbə endirməyə istiqamətlənmiş  gediş hesab oluna bilər. Son vaxtlar Serj  Sarkisyanla  münasibətləri gərginləşən baş nazirin prezident kürsüsünə iddialı olduğu deyilir.  O,  ali baş komandanı ordudakı  maxinasiyaya  göz yummaqda ittiham etməklə aprel müharibəsindəki məğlubiyyətə görə Sarkisyanın məsuliyyət daşıdığını sübuta yetirməyə çalışır. Yəni, K.Karapetyanın  dediyi  faktlar daha çox ictimai rəyə hesablanıb.  Hakim Respublikası Partiyası  aprel ayında keçiriləcək parlament seçkilərində qalib gələcəyi  təqdirdə, Kremlin adamı  sayılan baş nazir vəzifəsinə yenidən Karen Karapetyanın namizədliyni irəli sürəcəyini bəyan edib. Serj Sarkisyanın bu addımı  hakim siyasi elita daxilində özünün əsas rəqibini zərərsizləşdirməyə,  digər tərəfdən isə Rusiyanın siyasi  dəstəyini  qazanmağa  xidmət edir. Ancaq baş nazirin son açıqlamaları onun Sarkisyanla münasibətlərindəki soyuqluğun aradan qalxmadığına işarədir.  Əksinə,  baş nazir getdikcə daha iddialı təsir bağışlayır. Bu baxımdan,  Karen Karapetyanın  digər hədəfi seçkilərdə əsas siyasi fiqurlardan biri sayılan sabiq müdafiə naziri  Seyran Ohanyandır.  

Qeyd edək ki, Seyran Ohanyan hazırda Qarabağ klanının lideri sayılan Serj sarkisyanın əsas alternativi hesab olunur.  Parlament  seçkilərində S.Ohanyanın liderlik etdiyi siyasi blok qalib gələrsə və ya ikinci yeri  tutarsa, o zaman  keçmiş müdafiə naziri 2018-ci ildə səlahiyyət müddəti başa çatacaq prezident  Sarkisyandan sonra hakim Qarabağ klanının liderinə çevrilə bilər. Karen Karapetyanın isə Əsgəran rayonunda anadan olduğunu  nəzərə alsaq,  onun  Sarkisyanı və Ohanyanı  xəyanətdə ittiham etməsi  Qarabağ klanının liderliyi uğrunda mübarizədə rəqiblərini  "vurmaq”  cəhdi kimi başa düşülə bilər. 
OXŞAR XƏBƏRLƏR