Erməni blogerin əmlakına həbs qoyuldu

Erməni blogerin əmlakına həbs qoyuldu
MAQAZİN
16:19 04.08.2025
199
Rusiyada yaşayan erməni gözəllik bloggeri Qoar Avetisyanın vergi orqanlarına olan borcuna görə əmlakına həbs qoyulub.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, onun borcu ümumilikdə 55 milyon rubl təşkil edir.

Müsadirə olan əmlak arasında Paveletskaya sahilindəki lüks mənzil (123 m²), Kommunarkada təxminən 3000 m² torpaq sahəsi, Beauty Academy MMC-nin payı və bütün avtomobil park sahəsi, Porsche Panamera Turbo, Mercedes GLE, AMG 6cellis kimi avtomobillər var.

Xatırladaq ki, Avetisyanın şirkəti qışda vergilərlə bağlı problemlər yaşamağa başlamışdı. O zaman şirkətin borcu 1,9 milyon rubl idi.

Məlum olub ki, Qoar artıq borcu ödəyib, lakin məlumatlar yenilənməyib, bu səbəbdən əmlaka həbs qoyulub.
 
Aysel
OXŞAR XƏBƏRLƏR