Erməni deputat: “İrəvan küçələri “Google”da Azərbaycanın milli qəhrəmanlarının şərəfinə adlandırılıb"

Erməni deputat: “İrəvan küçələri “Google”da Azərbaycanın milli qəhrəmanlarının şərəfinə adlandırılıb"
Siyasət
16:52 10.04.2021
631

Ermənistanın "Çiçəklənən Ermənistan” partiyasından olan deputat Naira Zoqrabyan İrəvanın mərkəzində bəzi ünvanların Azərbaycanın milli qəhrəmanlarının adı ilə adlandırıldığını bildirib.

Caliber.Az xəbər verir ki, bu barədə erməni deputat "Facebook” səhifəsində yazıb.

"İrəvanın küçələri "Google” xəritəsində Azərbaycanın milli qəhrəmanlarının şərəfinə adlandırılıb. Faktiki olaraq, mən Polad Həşimov adına küçədə yaşayıram”, - deyə o qeyd edib.
OXŞAR XƏBƏRLƏR