Ermənistan Parlamentinin deputatları Bakıya gəlmək istəyir.
AZXEBER.COM Ermənistan mətbuatına istiandən xəbər verir ki, bu barədə jurnalistlərə Ermənistan parlamentinin üzvü Koryon Naqapetyan NATO-nun seminarı ilə bağlı Bakıda keçiriləcək tədbirdən danışarkən söyləyib.
Onun sözlərinə görə erməni deputatların təhlükəsizliyinin təmin edilməsindən sonra Bakıya gəlməyə hazırdılar.
Deputat onu da qeyd edib ki, onlar seminarın İrəvanda keçirilməsini təklif ediblər. Ancaq onların bu təklifinə verilən cavab mənfi olub.
Qeyd edək ki, NATO-nun növbəti "Rouz Roud" seminarı Azərbaycanda keçiriləcək.
İyun ayının 15-18-i tarixlərində keçiriləcək seminarda NATO-nun yüksək rütbəli rəsmiləri də iştirak edəcəklər.
Seminarda Cənubi Qafqazda münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli və digər məsələlərlə bağlı müzakirələrin aparılacağı gözlənilir.