Erməni Don Kixot

Erməni Don Kixot
KÖŞƏ
12:47 27.09.2013
1674

Sərraf Balaxan

Bir çox problemləri artıq qlobal xarakter daşıyan dünyamızda heç bir insan SPİD, narkotik kimi bəlalardan, heç bir ölkə terrordan, heç bir xalq isə özünün yetişdirdiyi xəyanətkarlardan sığortalı deyil.

Azərbaycan xalqı tarixən öz içərimizdən çıxan xəyanətkarların qurbanına çevrilib, ən böyük mübarizələr belə vətən xainlərinin iyrənc işlərinə görə nəticəsiz qalıb.

Azərbaycan xalqının tarixinə nəzər yetirdikdə belə anti-qəhrəmanların az olmadığını görə bilərik. Hələ “Kitabi-Dədə Qorqud” dastanında oğuzların halından düşmənin anındaca xəbər tutması, Xanlıqlar dövründə xanların bir-birilərini düşmən əlinə verməsi, Qarabağ müharibəsindəki Daşaltı əməliyyatının acı nəticəsi və sair. Bu faktlar sırasına gözlənilən bir fakt də əlavə olundu. Daim öz çirkin niyyəti, Azərbaycanı parçalamaq istəyi ilə ad çıxaran Əlikram Hümbətovun ermənilərlə açıq-aşkar işbirliyi. Bu adam real bir Don Kixotdur. Onun uğrunda mübarizə apardığı “dəyər” artıq uzun illərdir Azərbaycançılıq məfkurəsinə bürünmüşdür. İndi bir Azərbaycan dövləti vardır – millətinin yüksək rifahı üçün daim inkişaf edən, ərazisində yaşayan bütün fərqli mədəniyyət, dil və din daşıyıcılarına eyni Konstitusion huquq tanıyan Azərbaycan dövləti.

Əlikram Hümbətovun ermənistana olan bu səfərinin bir adı var – xəyanət. Bu xəyanət həm vətənə, həm xalqa, həm dilə, həm dinə, həm dəki öz vətəni uğrundan canından keçmiş vətən özladlarının ruhuna, şəhid analarının dərddən ağaran saçına xəyanətdir.

Bu gün dünyada öz nufuzunu daima yüksəldən Azərbaycan dövlətinin ən böyük amallarından biri də torpaqlarımızın 20 faizini işğal altında saxlayan, xalqımızın başına tarixən olmazın əzab və əziyyətlərini gətirən murdar erməni xislətinin ifşasıdır. Amma belə bir məqamda Əkrəm Əylisli kimi “əzabkeş erməni xalqından” dastan bağlayan, Əlikram Hümbətov kimi öz təhtəlşüurunda qalmış uşaqlıq zədəsini sağaltmağa çalışan, bunu xalqına, millətinə xəyanətlə edənlər dərin təəssüf doğurur.

Hələ də bədəni üzərində çükün fikirlərlə dolu baş gəzdirən Əlikram Hümbətov ermənistanda ona ünvanlanan suala Azərbaycan dilində cavab verməkdən imtina etməsi isə bu anti-qəhrəmanın düşüncəsinin ifşasıdır.

Bu insanların mövcudluğu güclü Azərbaycan üçün heç bir təhlükə doğurmur. Əksinə xalq və dövlət xaricdən gələn potensila təhlükələrlə yanaşı, daxilimizdə olan belə xəyanətkarlardan da xəbərdar olur.

OXŞAR XƏBƏRLƏR