Ermənistan ordusunda özbaşınılıq halları ən yüksək həddə çatıb. ANS PRESS-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, Ermənistan Ədliyyə Nazirliyinin Gorus rayon təcridxanasında olan sıravi əsgər Suren Kirokosyan müxtəlif xəstəliklərdən şikayətlənərək tibbi yardım tələb edib. Əsgər tibbi yardım almadıqda isə aclıq aksiyasına başlayıb.