Erməni əsgər işğal altında olan Azərbaycan ərazilərində aldığı güllə yarasından ölüb
Bütün Xəbərlər
14:10 07.09.2011
1568
Azərbaycanın işğal olunmuş ərazilərində dislokasiya edilmiş Ermənistan Silahlı Qüvvələrinin hərbi birləşmələrindən birinin əsgəri döyüş postunda aldığı güllə yarasından ölüb.APA-nın “Armenia Today” saytına istinadən verilən məlumata görə, hərbçi 19 yaşlı Ayk Mkrtçyanın ölümü ilə nəticələnən insidentin təfərrüatları açıqlanmayıb.