Dağlıq Qarabağda Azərbaycan və Ermənistan əsgərləri arasında atışma olub.
ANS PRESS-in məlumatına görə, atışma zamanı qarşı tərəfin əsgəri ağır yaralanıb.
Bu barədə erməni mətbuatı yazıb.
Güllə yarası alan Ermənistan ordusunun əsgəri 1995-ci il təvəllüdlü Viktor Abramovdur. O, yaxınlıqdakı hərbi hospitallardan birinə yerləşdirilib.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan tərəfi heç bir itki verməyib.
Qeyd edək ki, son vaxtlar erməni kəşfiyyat-təxribat qrupu cəbhənin müxtəlif istiqamətlərində Ordumuzun mövqelərinə basqınlar edir. Əsgərlərimizin sayıqlığı nəticəsində qarşı tərəf itki verərək geri çəkilir.