Erməni əsgəri özünü güllələyib

Erməni əsgəri özünü güllələyib
DÜNYA
22:58 20.11.2021
510
Ermənistanın Qeqarkunik rayonunda yerləşən hərbi hissələrdən birində əsgər ölümü qeydə alınıb.

APA-nın məlumatına görə, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölən əsgər 1992-ci il təvəllüdlü, müqaviləli hərbi qulluqçu sıravi Gevork Xaçaturoviç Avetyandır.

İlkin məlumata görə, o, silahla davranış qaydalarını pozması nəticəsində açılan atəş nəticəsində ölüb.

Hadisə noyabrın 15-də baş versə də, əsgər bu gün hərbi hospitalda dünyasını dəyişib.

OXŞAR XƏBƏRLƏR