Erməni əsgərlər rusların qabağında ‘Sarı gəlin’i oxudular - VİDEO

DÜNYA
00:19 19.11.2013
2088

Fəlsəfə doktoru İrşad Abbasov: “Bu mahnı heç vaxt erməni dilində oturuşmayacaq”

Tovuzla Berd arasından keçən Azərbaycan-Ermənistan sərhədində qəribə hadisə baş verib. Erməni əsgərlər rus zabitlərinin qarşısında mütiliklə boyun əyərək “Sarı gəlin” Azərbaycan mahnısını ermənicə oxuyublar. Rus zabitin "davayte" əmrindən sonra hər iki əsgər başlarını aşağı salaraq balaban və nağara çalmağa başlayıblar. Daha sonra türkiyəli müğənni Sezan Aksunun erməni dilinə çevirdiyi variantda Azərbaycan mahnısını ifa ediblər.Erməni əsgərlərin oxuduğu mahnının nəqarətində “Sarı gəlin” sözlərinin yox, “Sarı axçik”, yəni “sarı qız” sözlərinin yer aldığı açıqca görünür. Ermənistanda böyümüş və erməni dilini yaxşı bilən, hazırda Gəncədə yaşayan fəlsəfə doktoru İrşad Abbasovun sözlərinə görə, Sezan Aksunun oxuduğu "Sarı axçik" variantı uydurmadır və ermənilər arasında yayıla bilməz. “Ermənistanda yerli ermənilərdən heç kim “Sarı gəlin” mahnısını bilmir. Yalnız Türkiyədən köçmüş ermənilər içlərində Anadolu həsrətini söndürmək üçün bəzən “rabiz”, yəni uzun hava janrında “Sarı qalin” deyərək həmin havanı balabanda ifa edərdilər. Bunun türk havası olduğunu da xüsusi vurğulayırdılar. Sezan Aksu mahnını “Sarı ars” kimi tərcümə etməli idi, amma nəqarata uydura bilmədiyindən “Sarı axçik” variantına salıb. Düşünürəm ki, bu mahnı heç vaxt erməni dilində oturuşmayacaq. Çünki türklərə - azərbaycanlılara və türkiyəlilərə məxsusdur”,- deyə İrşad Abbasov vurğulayıb. (anspress)

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

15:03 13.02.2025

Yeni yaranan ulduzu görüntüləmək mümkün oldu - FOTOLAR

15:01 13.02.2025

"Televiziya auditoriyasının alıcılıq qabiliyyəti daha yüksəkdir" - Rolan Mammadlinski

14:49 13.02.2025

Bu ölkədə ev heyvanlarına pasport almaq məcburi oldu - FOTOLAR

14:48 13.02.2025

"Nike" və "Adidas"a rəqib olan məşhur geyim şirkəti iflas etdi

14:44 13.02.2025

Elnur Bağırov təbii inhisarçılarla "vuruşa" biləcəkmi yaxud "vuruşmaq" istəyəcəkmi?

14:42 13.02.2025

Ukraynada Poroşenko və bir sıra şəxslərə qarşı sanksiyalar tətbiq edildi

14:38 13.02.2025

Azərbaycan millisinin baş məşqçisi mükafata layiq görüldü

14:38 13.02.2025

"Qalatasaray" və "Fənərbağça"nın oyunları saat neçədə, hansı telekanalda?

14:37 13.02.2025

Münxendə avtomobil izdihamın üzərinə sürülüb, xəsarət alanlar var

14:36 13.02.2025

Alişan Sevgililər günündə həyat yoldaşına Ümrə ziyarəti hədiyyə etdi

14:34 13.02.2025

İsrailin hədəfi yenə İran oldu - ABŞ mediası mühüm faktları açıqladı

14:23 13.02.2025

Burak Özcivit ilə şəkil çəkdirməyə görə 1 milyon ödəyib? - AÇIQLAMA

14:18 13.02.2025

Somali Prezidenti Səngəçal neft terminalı ilə tanış olub

14:04 13.02.2025

Koreyalı alimlər xərçəng hüceyrələrini normallaşdıran üsul tapdılar

14:01 13.02.2025

“Sputnik Azərbaycan” və "BBC Azerbaycanca" ilə bağlı qərar verildi

13:54 13.02.2025

Bəşər Əsəd Suriyadan necə qaçırılıb? - TƏFƏRRÜATLAR