Erməni əsgərlərin valideynləri: “Onları Hadruta ölümə yolladılar” - VİDEO

Erməni əsgərlərin valideynləri: “Onları Hadruta ölümə yolladılar” - VİDEO
SİYASƏT
10:21 15.03.2021
1114
Sosial şəbəkələrin erməni seqmentində yayımlanan videoda ölən erməni əsgərlərinin valideynləri İkinci Qarabağ müharibəsi zamanı övladlarının Hadrutda qəsdən ölümə göndərildiyini iddia ediblər.

Caliber.Az videonu araşdırıb və erməni əsgərlərinin valideynlərinin fikirlərini təqdim edib.
 
 
"Bizim məlumatımıza görə, uşaqları ora aparıblar, qəsdən ölümə göndəriblər. Hadrut 9 oktyabrdan Azərbaycan əsgərlərinin əlində olub. Buna baxmayaraq, uşaqlarımızı bilərəkdən ora göndərdilər. 143 postdakı əsgərlərə zəng edərək, onları aldadaraq, ora göndəriblər. Həmin nöqtəyə hücum ediləcəyini əvvəlcədən bilirdilər. Əmr səhər saat 9-da verilib, uşaqları isə gündüz (13:00-14:00 arasında) gətiriblər. Qısası onları ölümə məhkum ediblər. Onlar gələndə hətta heç kim tərəfindən qarşılanmayıblar. Əgər onları köməyə çağırsaydılar, qarşılanmalı idilər. Diviziyanı komandir qarşılamalı idi. Əgər özü edə bilməsə də, heç olmasa kimisə göndərməli idi”, - deyə valideynlərdən biri bildirib.

"Mən də bir neçə söz əlavə etmək istərdim: əsgərləri ora göndərərkən onlar anlamalı idilər ki, Azərbaycan və onların PUA-ları bütün səmaya nəzarət edir. Nəyə görə mühasirəyə düşəcəklərini bilə-bilə bizim uşaqlarımızı ora göndərdilər?”, - deyə qəzəbli halda ikinci valideyn bildirib.

"Onlar 100 faiz bunu anlayırdılar və bilərəkdən uşaqları ölümə göndərdilər. Görünür onları oraya çox "ağıllı” insan göndərib. Mənim fikrimcə, o, əsgər deyil, xadimə işləməlidir. İndi bu əmri verən şəxsin adı xatırlanmır. Onun kimliyi və harada olması məlum deyil. Bu komandir 100 faiz bilirdi ki, göndərdiyi əsgərlər geri qayıtmayacaq. Lakin bu əmri verib. Bu bir daha göstərir ki, onlar şüurlu şəkildə uşaqları ölümə göndəriblər. Bizdə belə bir təsəvvür var ki, bu qabaqcadan planlaşdırılıb. Ağlımıza başqa heç nə gəlmir. Onlar bizim uşaqlarımızı bu cür satdılar. Onları bilərəkdən öldürdülər”, - deyə üçüncü valideyn bildirib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Xəzərdə suyun səviyyəsinin azalması balıqçılıq sektoru üçün çətinliklər yaradıb - VİDEO
07:10 26.03.2026
Xəzərdə suyun səviyyəsinin azalması balıqçılıq sektoru üçün çətinliklər yaradıb - VİDEO
Aİ və Çin Ukrayna, İran və Tayvanla bağlı hərbi məsləhətləşmələr aparıb
05:39 26.03.2026
Aİ və Çin Ukrayna, İran və Tayvanla bağlı hərbi məsləhətləşmələr aparıb
Karibdə narkotik əməliyyatı: ABŞ qayığı vuruldu
05:32 26.03.2026
Karibdə narkotik əməliyyatı: ABŞ qayığı vuruldu
Putin Rusiyadan 100 qramdan artıq qızıl külçələrin ixracını qadağan edib
03:07 26.03.2026
Putin Rusiyadan 100 qramdan artıq qızıl külçələrin ixracını qadağan edib
Ağ Evdən sərt xəbərdarlıq: Tramp İranı daha güclü zərbə ilə hədələyir
02:49 26.03.2026
Ağ Evdən sərt xəbərdarlıq: Tramp İranı daha güclü zərbə ilə hədələyir
Buşehr AES-də gərginlik artır: 163 nəfər daha təxliyə olundu
02:31 26.03.2026
Buşehr AES-də gərginlik artır: 163 nəfər daha təxliyə olundu
Netanyahu: "İsrail Livanda genişləndirilmiş bufer zonası yaradır"
02:21 26.03.2026
Netanyahu: "İsrail Livanda genişləndirilmiş bufer zonası yaradır"
İran XİN başçısı: Tehran Hörmüz boğazından dost ölkələrin gəmilərinin keçidinə icazə verib
01:34 26.03.2026
İran XİN başçısı: Tehran Hörmüz boğazından dost ölkələrin gəmilərinin keçidinə icazə verib
Xaricdən gətirilən avtomobillərdə gecikmə: qiymətlər arta bilər - Video
01:09 26.03.2026
Xaricdən gətirilən avtomobillərdə gecikmə: qiymətlər arta bilər - Video
"Deyir ki, sizə göz verib işıq verməyəcəyəm" - Bibi və qardaşı qızı arasında ev davası - VİDEO
00:49 26.03.2026
"Deyir ki, sizə göz verib işıq verməyəcəyəm" - Bibi və qardaşı qızı arasında ev davası - VİDEO
Qalmaqallı prokuror işdən çıxarıldı
00:07 26.03.2026
Qalmaqallı prokuror işdən çıxarıldı
Xəstəxanaya aparılırdı, yolda qardaşı ilə birgə öldü
00:05 26.03.2026
Xəstəxanaya aparılırdı, yolda qardaşı ilə birgə öldü
Bu şəxslərin pensiyası övladına veriləcək
23:52 25.03.2026
Bu şəxslərin pensiyası övladına veriləcək
Hava şəraiti dəyışəcək XƏBƏRDARLIQ - Video
23:45 25.03.2026
Hava şəraiti dəyışəcək XƏBƏRDARLIQ - Video
Əraqçi: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb
23:33 25.03.2026
Əraqçi: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb
Tramp yaxın günlərdə atəşkəs elan edə bilər
23:12 25.03.2026
Tramp yaxın günlərdə atəşkəs elan edə bilər