Erməni əsirliyində olmuş azərbaycanlı: “Bizə heç su da vermirdilər”

Erməni əsirliyində olmuş azərbaycanlı: “Bizə heç su da vermirdilər”
SOSİAL
14:46 05.01.2021
1058
"Əsirlikdə olan vaxtı bir neçə gün pəncərəsiz və işıqsız yerdə saxlanıldıq. Bizə qarşı qeyri-insani hərəkətlər edirdilər. Hətta bizi Allahın suyuna belə möhtac qoyurdular”.

Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən mətbuat konfransında erməni əsirliyində olmuş hərbi qulluqçumuz Həmidov Nahid Yaşar oğlu deyib.

"Onlar 1992-93-cü illərdə etdiyi terror aktlarını sadalayıb, fəxr edirdilər. Bir daha Ali Baş Komandan İlham Əliyevə Vətənə qayıtdığım üçün minnətdarlığımı bildirirəm”, - o bildirib
OXŞAR XƏBƏRLƏR