Erməni futbolçu ABŞ klubundan qovulur

Erməni futbolçu ABŞ klubundan qovulur
İDMAN
16:10 05.03.2018
1895

Ermənistan millisinin və Rusiya "Spartak"ının sabiq futbolçusu Yura Movsisyan ABŞ-ın "Real Solt Leyk" klubundan göndərilə bilər. 

AZXEBER.COM report-a istinadən xəbər verir ki, buna klubun 30 yaşlı hücumçunu komandada görmək istəməməsi səbəb olub. Əsas heyətdən kənarda qalan təcrübəli forvardın hazırkı klubu ilə 2 illik müqaviləsi var. O, komandadan göndəriləcəyi təqdirdə, iki il ərzində ona veriləcək 4 milyon dolları almaq niyyətindədir. 

Movsisyan MLS klubunu tərk edəcəyi təqdirdə, azad agent statusu daşıyacaq. 

 

Qeyd edək ki, 30 yaşlı futbolçu ötən mövsüm "Real Solt Leyk"də 28 oyun keçirib və 7 dəfə fərqlənib.

OXŞAR XƏBƏRLƏR