Erməni general Paşinyanın arvadına görə istefa verib

DÜNYA
20:57 19.11.2020
2527
Ermənistan müdafiə nazirliyinin hərbi nəzarət xidmətinin rəisi Movses Akopyanın istefa ərizəsi yazmasının səbəbi məlum olub.
 
Movses Akopyanın istefaya getməsinə səbəb baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyandır.

"Müdafiə nazirliyinin hərbi nəzarət xidmətinin rəisi Movses Akopyan bizimlə söhbətində istefası ilə bağlı məlumatı təsdiqlədi və yaxın vaxtlarda mətbuat konfransı keçirərək bunun səbəblərindən danışacağını söylədi.

Xatırladaq ki, Movses Akopyan inqilabdan sonra, keçən il mayın 24-də Nikol Paşinyanın qərarı ilə baş hərbi müfəttiş təyin edilmişdi. Onun "Artsax” (Qarabağ-red.) hərbi qərargahında olan Anna Akopyana irad bildirməsi, bundan sonra hərbi əməliyyatların idarə edilməsindən kənarlaşdırılması və təcili olaraq İrəvana çağrılmasına dair davamlı şayiələr yayıldı", - deyə "Hraparak" qəzeti yazıb.

Qeyd edək ki, M. Akopyan bu vəzifəyə 2018-ci ilin may ayında təyin edilib. O, daha əvvəl qondarma "Dağlıq Qarabağ müdafiə ordusu”nun komandanı və Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi olub.
 
///Azvision.az

OXŞAR XƏBƏRLƏR