Erməni general qəzaya düşdü, vəziyyəti ağırdır

Erməni general qəzaya düşdü, vəziyyəti ağırdır
DÜNYA
12:28 31.05.2021
611
Ermənistanda general avtomobil qəzasına düşüb.

Bu barədə yerli media məlumat yayıb.

Qeyd edilir ki, "Opel" markalı avtomobillə toqquşan "Nissan X-Trail"də ordu generallarından biri olub. Xəstəxanaya yerləşdirilən generalın adı hələlik rəsmi orqanlar tərəfindən açıqlanmasa da, "Shamshiyan” saytı hadisənin təfərrüatlarını öyrənə bilib.
"Opel"in Ararat sakini 26 yaşlı Hakob Ohanyan, "Nissan X-Trail"in isə 58 yaşlı Karen Barsegyan tərəfindən idarə olunduğu üzə çıxıb. Məlumata görə, qəzaya düşən Barseqyan general-mayordur. Onun vəziyyətinin ağır olduğu deyilir.
 
///Azvision.az 
OXŞAR XƏBƏRLƏR