Erməni generaldan sərsəm hədə:- "Bakını nüvə bombası ilə vura bilərik"

Erməni generaldan sərsəm hədə:-  "Bakını nüvə bombası ilə vura bilərik"
SİYASƏT
13:11 22.04.2016
7995
"Azərbaycanla heç bir halda yeni sülh anlaşması imzalamaq olmaz. Əksinə, Dağlıq Qarabağdakı ermənilərin Ermənistana birləşməsi ilə bağlı referendum keçirməliyik. Məsələnin hərbi-strateji yönlərini əsla unutmamalıyıq. Politoloq, siyasətçi və ya diplomat deyiləm, hərbçiyəm. Ona görə əminəm: Azərbaycanla vuruşmaq gərəkdir. Azərbaycana ən ağır zərbə endirməliyik".
Ermənistanın tanınmış hərbçilərindən biri, "Kommandos" ləqəbi ilə tanınan general-mayor Arkadi Ter-Tadevosyan "Sobesednik Armenii"yə verdiyi açıqlamasında belə deyib.
Onun sözlərinə görə, Ermənistanla Azərbaycan arasında 1994-cü ildə imzalanmış atəşkəs anlaşması aktuallığını itirib. "Kommandos" daha sonra bildirib ki, Ermənistan xarici siyasət və diplomatiya sahəsində Azərbaycana uduzur. "Dağlıq Qarabağda hərbi əməliyyatlar başlayan kimi Ermənistanın Xarici İşlər Nazirliyi azərbaycanlılara sərt xəbərdarlıq bəyanatı yollamalıydı. Bu olmadı. Niyə olmadı - mən araşdırmalı deyiləm. Fakt budur ki, bizim xarici işlər naziri çox passiv, yolverilməz dərəcədə pis işlədi. Amma diplomatiyada uduzsaq da, hərbi sahədə düşməni üstələməliyik.
Azərbaycan Dağlıq Qarabağda döyüşlər ideyasından əl çəkməsə, növbəti addımımız Bakıya raket zərbələrinin endirilməsi olmalıdır. Daha doğrusu, Azərbaycanın neft mədənlərini, buruqlarını vurmalıyıq. Belədə Azərbaycanın 30 faizi məhv olacaq. Bu özü bəsdir. Yerdə qalan ərazilərdə isə yeni respublikalar yaratmalıyıq. Dünya birliyi bizə heç nə deyən deyil. BMT Nizamnaməsinə uyğun olaraq Azərbaycana preventiv, qabaqlayıcı zərbə endirmək hüququmuz var", - "Kommandos" sərsəmləyib.
A.Ter-Tadevosyanın dediyinə görə, Rusiya heç bir halda Ermənistana sadiq və etibarlı müttəfiq ölkə sayılmamalıdır. Onun fikrincə, Ermənistanın sadiq müttəfiqləri Kipr, Yunanıstan və Sloveniyadır: "Dağlıq Qarabağda yenidən müharibə başlansa, Rusiya nə bizi müdafiə edəcək, nə də prosesə qarışacaq".
Ter-Tadevosyan sonra xəstə təxəyyülünün məhsulu olan təkliflə çıxış edib: "Azərbaycana qarşı nüvə silahından istifadə edə bilərik. Doğrudur, hətta müdafiə məqsədilə nüvə silahından yararlanmaq fikrinə düşən istənilən dövlət dərhal dünya birliyinin sanksiyaları ilə qarşılaşır. Nüvə texnologiyalarına yiyələnmək istəyən İranı xatırlayın. Amma bizim başqa silah istehsal etmək, hazırlamaq imkanlarımız var. Nüvə bombası olmasa da, çox təhlükəli bir silah. Nüvə bombasından min dəfələrlə az effektiv, amma adi silahlardan min dəfələrlə güclü. Azərbaycan bilməlidir ki, radioaktiv tullantılardan hazırlanmış "çirkli bomba" ilə onları vura bilərik. Bundan başqa, Azərbaycana qarşı xüsusi hazırlanmış, təlim keçmiş dəstə və qruplardan istifadə etməliyik".
Arkadi Ter-Tadevosyan həmişə Ermənistan rəhbərliyinin "qeyri-rəsmi" natiqi kimi tanınır. Belədirsə, "Kommandos"un açıqlamalarının ATƏT-in Minsk Qrupunun həmsədri olan Rusiya, Fransa və ABŞ-ın xarici siyasət qurumları ilə yanaşı, təhlükəsizlik strukturları tərəfindən dəyərləndirilməsi zəruridir.
Ən azı, ona görə ki, Dağlıq Qarabağdakı "dördgünlük müharibə"dəki məğlubiyyətdən sonra başını itirmiş Ermənistan rəhbərliyi Azərbaycanı artıq "çirkli nüvə bombası" ilə hədələməyə başlayıb. Bu isə artıq dövlət səviyyəsində terrorizmdir. (milli.az)
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda yeni peşə və ixtisaslar yaradılır - VİDEO
05:46 15.03.2026
Azərbaycanda yeni peşə və ixtisaslar yaradılır - VİDEO
Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb
04:11 15.03.2026
Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
03:29 15.03.2026
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
02:17 15.03.2026
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
01:34 15.03.2026
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
01:12 15.03.2026
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
00:48 15.03.2026
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
00:36 15.03.2026
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
00:21 15.03.2026
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
00:08 15.03.2026
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
23:56 14.03.2026
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
23:53 14.03.2026
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
23:39 14.03.2026
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
23:21 14.03.2026
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
Daha bir general öldürüldü
23:12 14.03.2026
Daha bir general öldürüldü
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
23:07 14.03.2026
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”