Erməni generalını Azərbaycan himni ilə ayağa qaldıranda nazir harada idi? - VİDEO

GƏNCLİK
00:30 24.04.2014
3493
Gənclər və İdman naziri Azad Rəhimov adının “Nurçular”la bağlı məsələdə hallanmasına aydınlıq gətirib.ANS PRESS-in verdiyi məlumata görə, Azad Rəhimov bu barədə keçirdiyi mətbuat konfransında suallara cavabında deyib. Azad Rəhimov son vaxtlar barəsində səslənən tək bu məsələyə diqqət ayırmayıb. Nazirin bir sıra məqamlara dair açıqlamaları jurnalistlərin marağında olub.Məşhur idmançı, dəfələrlə dünya çempionu olan Zülfiyyə Hüseynova ilə Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov arasında qalmaqal böyüyür. Nazirin idmançıya Prezident təqaüdü verilməsinin qəti əleyhinə olması barədə bu gün yenidən danışması Zülfiyyə Hüseynovanı cavab verməyə vadar edib. Zülfiyyə Hüseynova ANS-ə deyib ki, əlbəttə mən nazirimiz kimi bizneslə məşğul olmuram və ona görə də yaxşı maaş mənim nəzərimdə onların düşündüyü qədər deyil. Həm də yəqin ki, Prezident təqaüdü daha çox şərəfli addır, mən də bu adı alnıaçıq, idmana göstərdiyim xidmətin yüksək qiyməti kimi almaq istəyirəm. Məgər bütün prezident təqaüdçüləri Dövlət Başçısından bu pulu maddi yardım kimi alır, bu mənəvi sərvət deyilmi?. 1995-ci idə Hərbçilərin Olimpiya Oyunlarında mən çempion olanda hamı ilə birlikdə erməni generalını da Azərbaycan himni və bayrağının ayağına qaldıranda Azad Rəhimov harada idi? Zülfiyyə Hüseynova deyib ki, bir halda nazirlik mənim bu təqaüdü almağıma mane olmur, onda qoy ərizəmə qol çəksinlər, mən də təqaüdümü alım, söz verirəm pulu axır qəpiyinə qədər biznesmen nazirimizin hesabına köçürəcəyəm. Azad Rəhimovun cavabına əsəbiləşən idmançımızın yeni müraciətinə nazir Azad Rəhimovun nə cavab verəcəyi bəlli deyil. Amma bu günkü mətbuat konfransında hörmətli nazirin verdiyi cavablardan belə anlaşıldı ki, onun bilmədiyi mətləb yalnız Zülfiyyənin məşğul olduğu idman növünün olimpiya növü olması deyilmiş. Nazirə onun adını “Nurçular”la bağlı olduğu barədə soruşanda da eyni cavabla üzləşdik. Bilmirəm, mənə izah etsinlər və s.Maraqlı burasıdır ki, məhz Gənclər və İdman Nazirinin rəhbərlik etdiyi kontingent-gənclər daha çox nurçuluq və digər qeyri-ənənəvi dini cərəyanlara qoşulur, hətta uzaq Suriyada qeyri vətən uğrunda həlak da olurlar. Nəhayət, Azad müəllimin bu gün ANS-in sualına bu şirkəti məhkəməyə verəcəyilə bağlı anonsa cavab verməsi də qəribə göründü. ANS Hesablama palatası adından yayılmış məlumatı tamaşaçılara çatdırır, necə ki, indi də Hesablama Palatasının adından yayılan həmin məlumatın yanlış olması bərədə xəbəri çatdırır. Hesablamaq isə təkcə palatanın işi deyil. Məsələn məndən ötrü maraqlıdır, nazirimiz nəyi hesablayıb və ya düzgün hesablamayıb ki, belə səhv nəticə qarşısında qalıb. Səhvdən isə nəticə çıxararlar.

OXŞAR XƏBƏRLƏR