Erməni ictimai xadim: "Tarix bizi nəinki dəfələrlə cəzalandırıb, heç bir şey öyrətməyib”

SOSİAL
16:20 20.10.2020
2982
"Yalnız bir şey deyəcəm. Biz səssiz qalanlar mən də daxil olmaqla hamımız günahkarıq”.

Bunu "Hayastan” ümumerməni fondunun keçmiş direktoru Ara Vardanyan öz "Facebook” səhifəsində yazıb.

"Elə bir dövrdə yaşayırıq ki, ölkəni xilas etmək istiqamətini qeyd etmək üçün konkret olaraq müəyyənləşdirilmiş dəyər var - 300.000-1.500.000 dram. Elə bir mərhələdə yaşayırıq ki, ölkəni xilas etmək istəyənlər dərhal xain elan olunur.

Nə deyim? Tarix bizi nəinki dəfələrlə cəzalandırıb, həmçinin, təəssüflər olsun, heç bir şey öyrətməyib”, - deyə o qeyd edib. /// ordu.az

OXŞAR XƏBƏRLƏR