Bu gün axşam saatlarından etibarən ermənilər AZXEBER.COM informasiya portalının rəsmi “facebook” səhifəsinə hücum ediblər
Belə ki, səhifədə son günlər orduda baş verən hadisələr və öldürülən erməni əsgərlərinin fotolarının paylaşılması bədnam qonşularımızı özündən çıxarıb və səhifə erməni istifadəçilərin hücuma məruz qalıb.
Tiqran Muradyan adlı erməni istifadəçi AZXEBER.COM-un rəsmi “facebook” səhifəsinə daxil olub və azərbaycanlıları təhqir etməyə başlayıb, həmyerlilərimiz də onun layiqli cavabını verib.
Səhifə administratorlarının səyi nəticəsində 100-ə yaxın erməni səhifədən blok edilib. Bundan sonra onlar səhifəni şikayət etməyə başlayıblar. Hazırda da şikayətlər davam edir
Qeyd edək ki, AZXEBER.COM informasiya portalı bu həssas günlərdə oxucuları dəqiq və pafosdan kənar informasiya ilə təmin edib. Təxribatlı xarakterli xəbərlər, məlumatlara yer ayırmayıb.
AZXEBER.COM informasiya portalının 245 minlik rəsmi “facebook” səhifəsi isə Cənubi Qafqazın ən böyük xəbər portalı səhifəsidir.
Səhifəyə keçid üçün link: https://www.facebook.com/azxeber1


