"Ermənilər hərbçilərimizin guya diversant kimi sərhədi keçməsini göstərirlər" - Millət vəkili

"Ermənilər hərbçilərimizin guya diversant kimi sərhədi keçməsini göstərirlər" - Millət vəkili
SİYASƏT
15:29 17.04.2023
208
Xəbər verdiyimiz kimi, Ermənistanda əsir saxlanılan Azərbaycan hərbçiləri - Aqşin Bəbirov və Hüseyn Axundova qarşı cinayət işi açılıb, həbs ediliblər.

Onlar "Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, odlu silah və döyüş sursatı daşımaqda ittiham olunurlar”.
 
Mövzu ilə bağlı AZXEBER.COM-a Milli Məclisin deputatı Arzu Nağıyev münasibət bildirib.
 
O deyib ki, ermənilər KİV-də hərbçilərimizin guya diversant kimi sərhədi keçməsini göstərirlər:

"Ermənilər tərəfindən əsir götürülmüş hərbçilərimizlə bağlı Ermənistan KİV-lərində artıq məlumatlar yayımlanır. Əsas məqam bundan ibarətdir ki, onlar nəyin bahasına olursa olsun hərbçilərimizin guya diversant kimi gəlməsini göstərməyə çalışırlar. Eyni zamanda, aprel ayının 13-də Zəngəzur Mis Kombinatının gözətçisinin ölməsinin məsuliyyətini şişirdərək bizim hərbçilərimiz üzərinə atırlar. Guya gözətçinin telefonu hərbçimizdən tapılıb. Lakin rəsmi olaraq hətta Ermənistanın güc strukturları bunu təsdiq etmir. Əsas məqam ondan ibarətdir ki, bu əsgərlərimiz həbs edilən zaman Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti demək olar ki, hər hansı bir reaksiya vermədi. Onların mütləq şəkildə bizim əsgərlərimizə qarşı olan bu cinayəti, döyülmə faktını, qeyri-insani münasibəti mütləq şəkildə deməliydilər. Sadəcə olaraq bir bəyanat verdilər ki, rəhbərliyə bu barədə məlumat veriblər. Hətta hərbçilərimizlə görüş belə keçirilməyib. Yalnız ailələri ilə əlaqə saxlanılması haqda Ermənistanda olan Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin sədri Zara Amatuni belə bir məlumat verib".

Deputat əlavə edib ki, artıq dünya ictimaiyyəti də bilir ki, burada hansısa təxribatdan, diversiyadan söhbət getmir:

"Ən dəhşətlisi də odur ki, ermənilər istədikləri kimi, bu cinayət faktlarını ortaya qoymağa çalışır, bir-birinə uyğun gəlməyən məlumatlar verirlər. Bununla bağlı məlumdur ki, Azərbaycan Ombudsmanı müvafiq ərizə, bəyanatla çıxış edib. Həmçinin Xarici İşlər Nazirliyi bu məsələnin nə ilə bağlı olmasını və hərbçilərimiz döyülməsi faktlarını qeyri-humanist addım atmaq kimi qələmə verib. Azərbaycanda olan bir sıra səfirliklər bununla bağlı narahatlıq keçirir. Əsas məsələ də odur ki, Azərbaycan Baş Prokurorluğu tərəfindən əsgərimizə qarşı döyülmə, işgəncə faktı ilə bağlı müvafiq cinayət işi açılıb və xarici dövlətlərin müvafiq orqanlarına da bu haqda məlumatlar verilib. Bu qurumların işgəncə verən şəxslərlə bağlı məsələləri araşdırması istiqamətində addımlar atılması bildirilib. Təbii ki, Ermənistan çalışacaq ki, müvafiq cinayət maddələri ilə onlara cinayət işi qaldırsın. Bu, sərhəddin qanunsuz keçməsi, və s. bir neçə maddələrdən ibarət ola bilər. Onlar beynəlxalq ictimaiyyət qarşısında döyülmə faktını gizlətmək üçün mütləq cinayət işini qaldıracaqlar. Ermənilərin belə bir əsası yoxdur. Lakin bir daha qeyd etmək istəyirəm ki, artıq dünya ictimaiyyəti də bilir ki, burada hansısa təxribatdan, diversiyadan söhbət getmir, sadəcə olaraq ermənilərə belə bir şəkildə bunu təqdim etmək lazımdır".
 
Mikayıl Mirzəzadə

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Barselona" futbolçusu ilə müqavilə müddətini uzadıb
01:10 14.03.2025
"Barselona" futbolçusu ilə müqavilə müddətini uzadıb
Makron Bakı və İrəvan arasında sülh sazişinin mətni üzrə razılaşmanı alqışlayır
00:26 14.03.2025
Makron Bakı və İrəvan arasında sülh sazişinin mətni üzrə razılaşmanı alqışlayır
Ceyhun Bayramov BMT nümayəndəsi ilə mina təhlükəsi ilə mübarizəni müzakirə edib
23:52 13.03.2025
Ceyhun Bayramov BMT nümayəndəsi ilə mina təhlükəsi ilə mübarizəni müzakirə edib
Ağstafada dönərdən zəhərlənənlərin  sayı 10-a yüksəldi
23:43 13.03.2025
Ağstafada dönərdən zəhərlənənlərin sayı 10-a yüksəldi
Goranboyda 9 sinif şagirdinin qaçırıldığı iddia olunur
23:26 13.03.2025
Goranboyda 9 sinif şagirdinin qaçırıldığı iddia olunur
Dünənki qəzada həlak olan TƏBİB əməkdaşı iki gün əvvəl işə başlayıbmış - TƏFƏRRÜAT
23:16 13.03.2025
Dünənki qəzada həlak olan TƏBİB əməkdaşı iki gün əvvəl işə başlayıbmış - TƏFƏRRÜAT
Azərbaycan-Yunanıstan ikitərəfli və çoxtərəfli münasibətləri müzakirə olunub-FOTOLAR
23:13 13.03.2025
Azərbaycan-Yunanıstan ikitərəfli və çoxtərəfli münasibətləri müzakirə olunub-FOTOLAR
Ceyhun Bayramov Çinin Avropa məsələləri üzrə sabiq nümayəndəsi ilə regional məsələləri müzakirə edib
23:07 13.03.2025
Ceyhun Bayramov Çinin Avropa məsələləri üzrə sabiq nümayəndəsi ilə regional məsələləri müzakirə edib
"Barselona" futbolçusu ilə müqavilə müddətini uzadıb
22:56 13.03.2025
"Barselona" futbolçusu ilə müqavilə müddətini uzadıb
İsveç Ukraynaya 18 ədəd “Archer” artilleriya qurğusu göndərəcək
22:43 13.03.2025
İsveç Ukraynaya 18 ədəd “Archer” artilleriya qurğusu göndərəcək
Azərbaycan yunan-Roma güləşçiləri Avropa çempionatında 1 gümüş, 2 bürünc medal qazanıblar
22:27 13.03.2025
Azərbaycan yunan-Roma güləşçiləri Avropa çempionatında 1 gümüş, 2 bürünc medal qazanıblar
SOCAR Gürcüstandakı Kulevi neft terminalını genişləndirməyi planlaşdırır
22:22 13.03.2025
SOCAR Gürcüstandakı Kulevi neft terminalını genişləndirməyi planlaşdırır
Ağstafada dönərdən zəhərlənən şəxslərin kimliyi məlum olub
22:14 13.03.2025
Ağstafada dönərdən zəhərlənən şəxslərin kimliyi məlum olub
Avstriya XİN Bakı və İravanın sülh sazişi mətninin razılaşdırılmasını alqışlayır
22:06 13.03.2025
Avstriya XİN Bakı və İravanın sülh sazişi mətninin razılaşdırılmasını alqışlayır
"Real"ın futbolçusu 1 aya yaxın yaşıl meydanlardan kənar qalacaq
21:56 13.03.2025
"Real"ın futbolçusu 1 aya yaxın yaşıl meydanlardan kənar qalacaq
ABŞ Maliyyə Nazirliyi zərurət halında Rusiyaya qarşı sanksiyaları gücləndirməyə hazırdır
21:45 13.03.2025
ABŞ Maliyyə Nazirliyi zərurət halında Rusiyaya qarşı sanksiyaları gücləndirməyə hazırdır