Erməni milyarder həbsdə huşunu itirdi

DÜNYA
14:36 30.07.2014
888
Dünyanın ən varlı erməni iş adamlarından biri, Rusiyada həbs edilmiş Levon Hayrapetyan Moskva təcridxanasında huşunu itirib.Qardaşı oğlu Qurgen Hayrapetyan bildirib ki, onu naşatır spirti ilə özünə gətiriblər.Azərbaycanın Dağlıq Qarabağ ərazisində anadan olmuş Levon Hayrapetyan iyulun 24-də tutulub. Ona israfçılıq, çirkli pulların yuyulması və "Başneft"in səhmlərinin mənimsənilməsi ilə bağlı ittiham təqdim edilib.Levon Hayrapetyan Dağlıq Qarabağdakı oyuncaq rejimin əsas sponsorlarından biri kimi tanınır.
OXŞAR XƏBƏRLƏR