Erməni müxalifətçi Azərbaycana qaçdı

Erməni müxalifətçi Azərbaycana qaçdı
SİYASƏT
17:35 17.09.2015
1710
Təfərrüatlar məlum oldu.
Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Emilyeviç Martirosyan Sarkisyan rejiminin əməllərindən bezib Azərbaycana üz tutub.
AZXEBER.CM  xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev deyib.
Onun sözlərinə görə, V. Martirosyan ailəsi ilə birlikdə "Cənubi Qafqaz Qadın Konqresinin" həmsədri, Dilarə Əliyeva adına Qadın Hüquqlarını Cəmiyyətinin sədri Novella Cəfəroğluna müraciət edərək, Ermənistandakı mövcud rejimin ona qarşı etdiyi fiziki və mənəvi zorakılıqdan bezdiyini, Sarkisyan hakimiyyətinin basqısı nəticəsində ana bətnində olan övladını itirdiyini və başqa yolu olmadığına görə Azərbaycana gəlmək istədiyini bildirib:
“Azərbaycanda sığınacaq istəyən Vaan Martirosyan Sarkisyan rejimi tərəfindən olmazın işgəncələrə məruz qalıb. Onun ailəsinə qarşı ağlasığmaz cinayətlər törədilib. Novella xanım bizə bu barədə məlumat verdi və biz bu məsələni aidiyyəti qurumlara çatdırdıq. Məsələ müzakirə olunduqdan sonra Vaan Martirosyanın Azərbaycana gəlməsinə razılıq verildi”.
A. Quliyevin sözlərinə görə, bu, bir daha onu göstərir ki, Ermənistanın işğalçı siyasəti, Sarkisyan rejimi təkcə Azərbaycana qarşı deyil, həm də öz xalqına qarşı cinayət törədib:
“Baxmayaraq ki, bu gün biz ermənilərlə müharibə şəraitində yaşayırıq və onlar bizim torpaqlarımızı işğal ediblər, biz yenə də Ermənistan rejimindən pənah gətirən və erməni işğalına etiraz edən, əli yüzlərlə azərbaycanlının qanına batan Serj Sarkisyan rejimini ifşa edən bu cür şəxslərə insan hüquqları təşkilatlarının diqqət ayırmasını istəyirik.
Ermənistanda QHT fəallarına və hüquq müdafiəçilərinə qarşı törədilən bu zorakılığa, qeyri-insani rəftara və onların fiziki baxımdan zərərsizləşdirilməsi istiqamətində rəsmi İrəvanın atdığı addımlara Avropa Parlamenti, ATƏT, Avropa Şurası, ABŞ Dövlət Departamenti və digər beynəlxalq hüquq müdafiə təşkilatları adekvat qiymət verəcək və Ermənistan hakimiyyətini ittiham edən müvafiq qətnamə qəbul edəcəklər. Əks halda, bu, həmin təşkilatların əsl mahiyyətini bir daha nümayiş etdirmiş olacaq.
Eyni zamanda bizim Dağlıq Qarabağda olan erməni vətəndaşlarımız bilməlidirlər ki, onların gec-tez tək bir yolu var, o da Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh və əmin-amanlıq şəraitində yaşamaqdır. Onlar yalnız o zaman Sarkisyan rejimindən yaxa qurtara və öz gələcəklərini qura bilərlər.
Biz Azərbaycan tərəfi olaraq dəfələrlə bəyan etmişik ki, Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır və biz onlara konstitusiya çərçivəsində hər cürə dəstək verməyə hazırıq. Hətta biz onlara maliyyə yardımı da etməyə hazırıq. Yetər ki, onlar Ermənistandakı rejimə və işğalçılıq siyasətinə etiraz etsinlər”.
“Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyan Azərbaycandan siyasi sığınacaq almaq üçün mənə müraciət etmişdi. Mən də onun müraciətini deputat Azay Quliyevə göndərdim”.
Bunu isə APA-ya açıqlamasında Dilarə Əliyeva adına Qadın Hüquqları Cəmiyyətinin sədri Novella Cəfəroğlu deyib.
O bildirib ki, V. Martirosyan Azərbaycandan siyasi sığınacaq istəyib və Azərbaycan tərəfi onun istəyinə müsbət cavab verib.
Qeyd edək ki, Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Emilyeviç Martirosyan Azərbaycandan siyasi sığınacaq istəyib.
APA-nın məlumatına görə, V. Martirosyan rəhbərlik etdiyi müxalif yönümlü “Milli Azadlıq Hərəkatı” təşkilatının fəaliyyətinə görə Ermənistan Respublikasının dövlət orqanlarının və ayrı-ayrı səlahiyyətli şəxslərinin təzyiqlərinə məruz qalıb.
O, özünün və ailəsinin şəxsi təhlükəsizliyi ilə əlaqədar həyat yoldaşı və azyaşlı övladı ilə birlikdə Ermənistandan qaçaraq, Azərbaycana gəlib və siyasi sığınacaq istəyib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp: ABŞ Rusiya-Ukrayna müharibəsində dronlardan istifadə təcrübəsini öyrənir
03:26 25.05.2025
Tramp: ABŞ Rusiya-Ukrayna müharibəsində dronlardan istifadə təcrübəsini öyrənir
ABŞ-nin xüsusi nümayəndəsi Suriya Prezidenti ilə görüşüb
03:15 25.05.2025
ABŞ-nin xüsusi nümayəndəsi Suriya Prezidenti ilə görüşüb
KİV: İsrail Ordusu bütün quru və tank qoşunlarını Qəzzaya yerləşdirib
01:24 25.05.2025
KİV: İsrail Ordusu bütün quru və tank qoşunlarını Qəzzaya yerləşdirib
Sibel Can ərə getməsi xəbərini təkzib edib
00:11 25.05.2025
Sibel Can ərə getməsi xəbərini təkzib edib
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
23:40 24.05.2025
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
23:30 24.05.2025
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
23:08 24.05.2025
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
22:47 24.05.2025
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
22:23 24.05.2025
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
22:15 24.05.2025
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
21:52 24.05.2025
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
21:27 24.05.2025
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
20:59 24.05.2025
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
20:47 24.05.2025
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
20:34 24.05.2025
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb
20:21 24.05.2025
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb