Kosmosda hər bir insan bir gecə üçün 1 milyon dollar pul ödəməlidir
Erməni ulduzu Kim Kardaşyan və rep ifaçısı Kanye Uest original bal ayı keçirtmək qərarına gəliblər. ANS PRESS-in verdiyi məlumata görə, cütlük toy mərasimini Versal sarayında keçirəcək. Cütlük müsahibələrindən birində toylarının şəhzadə Uilyam və Keyt Middltonun toyundan daha təmtərahlı şəkildə keçirtmək istədiklərini bildiriblər. Məlum olub ki, rep ifaçısı bal ayını kosmosda keçirməyi planlayır. Kanye Uest CSS Skywalker vasitəsi ilə 2015-ci ildə göyə qalxacaq.
“Kanye fantastika və kosmos ilə yaxından maraqlanır. O bu mövzuda çox videolar çəkib hətta astronaft üzrə təhsil almaq fikrinə düşmüşdür” bu sözləri Kim bildirib.
Deyilənlərə görə, Kim Kardaşyan bu təklifə ilk dəfə razı olmayıb daha sonra isə repifaçısı onu razı salmağı bacarıb. Qeyd edək ki, kosmosda hər bir insan bir gecə üçün 1 milyon dollar pul ödəməlidir.