Erməni qadını öldürən azərbaycanlıların məhkəmə işi başlayır

KRİMİNAL
14:34 20.11.2013
1661

Rusiya İstintaq Komitəsinin Perm diyarı üzrə İstintaq İdarəsinin Xüsusi mühüm işlərin təhqiqi üzrə birinci şöbəsi Solikamsk şəhər baş memarı Olqa Karapetyanın sifarişli qətlində ittiham olunan iki Azərbaycan vətəndaşına qarşı cinayət işinin araşdırmasını başa çatdırıb.

AZXEBER.COM RBK-ya istinadən xəbər verir ki, istintaqın fərziyyəsinə görə, 2010-cu ilin əvvəlində 46 və 27 yaşlı iki azərbaycanlıya şəxsiyyəti hələ ki, müəyyən edilməyən şəxs qətl sifarişi ilə bağlı müraciət edib.Müttəhimlər O.Karapetyanın yaşadığı yeri, onun gündəlik istifadə etdiyi marşrutları, həmçinin işə neçədə gedib, neçədə qayıtdığını dəqiqləşdiriblər.18 Mart 2010-cu ildə memar işə gedərkən evin girişində onlardan biri tərəfindən atəşə tutulub. Zərərçəkən aldığı yaralardan yerində keçinib, müttəhimlər isə avtomobilə minərək hadisə yerindən uzaqlaşıblar.Hazırda cinayət işi materialları mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib.O.Karapetyan 2007-ci ildən Solikamsk şəhərinin baş memarı vəzifəsində çalışıb.

OXŞAR XƏBƏRLƏR