“Ermənilər məni bağışlasınlar. Amma mən öz səsimi Azərbaycana verdim! Gözəl mahnıdır! Gözəl ifaçıdır!” “Eurovision-2013” mahnı müsabiqəsində Azərbaycan təmsilçisi Fərid Məmmədova Ermənistandan da səs verənlər olub. AZXEBER.COM xəbər verir ki, ANS Press-in məlumatına görə, bunu açıq şəkildə bəyan edənlər də var. Melina Arzumanyan adlı Twitter istifadəçisi öz belə bloqunda yazıb: "Ermənilər məni bağışlasınlar. Amma mən öz səsimi Azərbaycana verdim! Gözəl mahnıdır! Gözəl ifaçıdır!". Bundan sonra erməni istifadəçilər Melina Arzumanyana qarşı hücumlara başlayıblar. "Virtual terror"dan bezən Arzumanyan bloqunu gizlətməyə məcbur olub.