Erməni separatçılarının ilk liderlərindən biri: “Biz məhv oluruq” - VİDEO

Erməni separatçılarının ilk liderlərindən biri: “Biz məhv oluruq” - VİDEO
SİYASƏT
01:28 30.10.2020
1683
Erməni separatçılarının ilk liderlərindən, erməni işğal ordusunun ilk komandirlərindən biri olan keçmiş hərbçi, polkovnik Arkadi Karapetyan erməni xalqına müraciət edib.

Öz "Facebook” hesabından səslənən Karapetyan çətin vəziyyətdə olduqlarını, erməni xalqının köməyinə ehtiyac duyduqlarını, döyüş meydanında tək qaldıqlarını bildirərək aciz şəkildə yardım diləyib:

"Bütün dünya ermənilərinə, xüsusilə də Ermənistanda yaşayanlara müraciət etmək istəyirəm. Mediyada oxuyuram cəbhədə olanlarla bağlı, məndə elə təəssürat yaranır ki, Ermənistanda yaşayanların həqiqətlərdən xəbərləri yoxdur. Düzdür, mən özüm hazırda hərbçi olmasam, əməliyyatlarda iştirak etməsəm də, lap dəqiq deyə bilərəm ki, cəbhədə hazırda nələr baş verir. Hamının döyüşlərdə tanışları var və bu sirr deyil. Döyüşlər artıq Şuşa qalasının divarlarının yanında gedir. Bilmirəm bu barədə sizə nəsə deyirlər, ya yox, amma onlar bizi uzaqdan toplarla vururlar, sonra da gəlib bizim ölmüş oğlanların yerində dururlar. Mən bunu panika yaymaq üçün demirəm, ona görə deyirəm ki, biləsiniz, bizim sizin köməyinizə çox ehtiyacımız var”.

Karapetyan müraciətinin davamında əlavə edib ki, onlar özlərini tək qalmış kimi hiss edirlər: "Əgər biz tək qalmışıqsa, deyin bilək, başımıza çarə qılaq, yox əgər erməni xalqı birdirsə, onda bizə kömək edin. Bilmirəm siz bunu hökumətinizə deyəcəksiniz, ya necə edəcəksiniz, ancaq bizə kömək lazımdır, məhv olub gedirik. Gücümüz tükənir”.

Qeyd edək ki, Arkadi Karapetyan "Daşnaksütyun” partiyasının fəallarından olub. O, Qarabağda separatçı hərəkatı başladan və hərbi əməliyyatlarda birbaşa iştirak edən, Azərbaycan ərazilərinin işğalında xüsusi rol oynayan şəxslərdən biri olub.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ombudsman almaniyalı müvəkkili Ermənistanın mina terroru ilə bağlı məlumatlandırıb
17:48 25.06.2025
Ombudsman almaniyalı müvəkkili Ermənistanın mina terroru ilə bağlı məlumatlandırıb
"Qarabağ"ın futbolçularının işğaldan azad olunmuş torpaqlarda yerli sakinlərlə birgə vaxt keçirmək borcudur"
17:33 25.06.2025
"Qarabağ"ın futbolçularının işğaldan azad olunmuş torpaqlarda yerli sakinlərlə birgə vaxt keçirmək borcudur"
Bakıda polis 40 kq narkotik vasitə aşkarladı - Əməliyyat görüntüləri - VİDEO
17:25 25.06.2025
Bakıda polis 40 kq narkotik vasitə aşkarladı - Əməliyyat görüntüləri - VİDEO
“Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin rayon filialının təqdimatı keçirilib -FOTOLAR
17:15 25.06.2025
“Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin rayon filialının təqdimatı keçirilib -FOTOLAR
Tətil günlərində rayonlara getmək istəyən sürücülərin NƏZƏRİNƏ!
16:54 25.06.2025
Tətil günlərində rayonlara getmək istəyən sürücülərin NƏZƏRİNƏ!
NATO sammiti 2026-cı ildə Türkiyədə keçiriləcək
16:41 25.06.2025
NATO sammiti 2026-cı ildə Türkiyədə keçiriləcək
Bakıda maskalı şəxs mağazadan 34 min manat oğurlayıb
16:38 25.06.2025
Bakıda maskalı şəxs mağazadan 34 min manat oğurlayıb
Şəhid ailələri Silahlı Qüvvələr Günü ərəfəsində Zəngilan və Cəbrayılda olublar FOTO - VİDEO
16:19 25.06.2025
Şəhid ailələri Silahlı Qüvvələr Günü ərəfəsində Zəngilan və Cəbrayılda olublar FOTO - VİDEO
Yay aylarında necə qidalanmaq lazımdır?
15:49 25.06.2025
Yay aylarında necə qidalanmaq lazımdır?
Paşinyanın həyat yoldaşı Antalyada milyonlar xərclədi
15:31 25.06.2025
Paşinyanın həyat yoldaşı Antalyada milyonlar xərclədi
Xərçəngə tutulan məşhur aparıcı vəfat etdi
15:25 25.06.2025
Xərçəngə tutulan məşhur aparıcı vəfat etdi
UNRWA: Qəzzada dəhşətli vəziyyətlə üz-üzəyik
15:22 25.06.2025
UNRWA: Qəzzada dəhşətli vəziyyətlə üz-üzəyik
Nazilə Səfərli pnevmaniya oldu: "Arxasına balış qoyanlar sevinir"
15:15 25.06.2025
Nazilə Səfərli pnevmaniya oldu: "Arxasına balış qoyanlar sevinir"
Bayram günlərində güclü külək əsəcək - XƏBƏRDARLIQ
15:13 25.06.2025
Bayram günlərində güclü külək əsəcək - XƏBƏRDARLIQ
"Musiqi mənim həyatımda və bu gün səhnədə olmağımda çox böyük rol oynayıb"
14:57 25.06.2025
"Musiqi mənim həyatımda və bu gün səhnədə olmağımda çox böyük rol oynayıb"
"Diqqətli olmalıyıq"- Astroloqdan XƏBƏRDARLIQ
14:56 25.06.2025
"Diqqətli olmalıyıq"- Astroloqdan XƏBƏRDARLIQ