"Erməni silahlı dəstələrinə məxsus kvadrakopter Şuşada uçuşlar həyata keçirməyə cəhd göstərib"

"Erməni silahlı dəstələrinə məxsus kvadrakopter Şuşada uçuşlar həyata keçirməyə cəhd göstərib"
SİYASƏT
15:11 13.08.2022
848
Avqustun 13-ü saat 10:30 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələrinə məxsus kvadrakopter Şuşa şəhəri ətrafında bölmələrimizin mövqeləri üzərində kəşfiyyat məqsədli uçuşlar həyata keçirməyə cəhd göstərib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar edilən kvadrokopter xüsusi üsulla endirilərək ələ keçirilib.
OXŞAR XƏBƏRLƏR