Erməni snayperinin vurduğu mülki şəxsdən yeni xəbər var - VİDEO

Erməni snayperinin vurduğu mülki şəxsdən yeni xəbər var -  VİDEO
DÜNYA
01:03 06.09.2013
1447

Millət vəkili Çingiz Qənizadə: "Beynəlxalq aləmin qərar və qanunları olsaydı bu hal da olmazdı"

Tovuz rayonunun Əlibəyli kəndində Ermənistan Silahlı Qüvvələrinin açdığı snayper atəşi nəticəsində yaralanan 28 yaşlı Adil Musayevin vəziyyəti kafidir. Müalicə aldığı Tovuz Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə o müalicəsini hələ bir neçə gün də xəstəxanada alacaq. Ümumiyyətlə son vaxtlar, Ermənistan Silahlı Qüvvələri təmas xəttində daha da aktivləşib. Əlbəyli kəndində təmas xəttinə yaxın məsafədə yerləşən evlər üçün, o cümlədən Ağdamda da qoruyucu divarların tikilməsi bunun bir daha bariz nümunəsidir. Atəşkəs elan olunduğu bir dövrdə cəbhə xəttində davam edən döyüşlərdə mülki vətəndaşların əksəriyyətinin əsasən snayperlə vurulmasını millət vəkili Çingiz Qənizadə qarşı tərəfin münaqişəni sülh danışıqları ilə həllinə hələ də hazır olmamasının göstəricisi kimi qiymətləndirir. ATƏT-in təsir qüvvəsinin zəifləməsi də burda az rol oynamır.Millət vəkili, Çingiz Qənizadə: “Bunun arxasında da müəyyən qüvvələr durur. Rusiyanın təsiri altındadır və bu da görünür. Beynəlxalq aləmin qərar və qanunları olsaydı bu hal da olmazdı”.Atəşkəs rejimində cəbhə xəttinə bu tip silahların yerləşdirilməsi Cenevrə konvensiyasına zidd olmasına baxmayaraq prosesin davam etməsi regionda həm də təhlükəsizlik məsələsini şübhə altına alır. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Ermənistan Silahlı Qüvvələrinin bu əməli təkrarlamasını Dağlıq Qarabağla bağlı status Kvonu uzatmağa yönələn hərbi siyasətinin bir hissəsi kimi dəyərləndirir.XİN mətbuat xidmətinin rəhbəri, Elman Abdullayev: “Mən də olan məlumata görə, atəşin baş verdiyi halda orda BMT-nin nümayəndələri də olub. Hətta onların orda mövcud olmasına belə göz yumulub. Bunu göstərir ki, münaqişə dondurulmuş münaqişə deyil. Və münaqişənin Avropa təşkilatları, Qərb təşkilatları tərəfindən dondurulmuş kimi adlandırılması adekvat deyil, yəni bu günün vəziyyətə müvafiq deyil. Çünki münaqişənin nə qədər təhlükəli olmasının canlı şahidiyik.Bunun təkcə biz yox, Avropa təşkilatlarıda şahididir”.Məlumat üçün deyək ki, təmas xəttindən snayperlərin çıxarılması məsələsi ilk dəfə 2010-cu ildə Azərbaycan və Ermənistan prezidentlərinin Həştərxan görüşündə gündəmə gəlib. Həmin görüş zamanı ümumi razılıq haqda qərar qəbul olunsa da buna əməl olunmayıb. Həmsədrlərin iştirakı ilə prezidentlərin 2011-ci ildə Soçi görüşündə də snayperlərin yığışdırılması barədə qərar qəbul olunmasına baxmayaraq görüşdən 3 gün sonra təmas xəttində 9 yaşlı azərbaycan sakini erməni snayperinin qurbanı oldu.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Goranboyda yük və minik avtomobilləri toqquşub
06:05 11.07.2025
Goranboyda yük və minik avtomobilləri toqquşub
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
02:57 11.07.2025
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
23:54 10.07.2025
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
Sabah bu ərazilərdə işıq olmayacaq
23:38 10.07.2025
Sabah bu ərazilərdə işıq olmayacaq
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
23:29 10.07.2025
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
23:11 10.07.2025
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
22:53 10.07.2025
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
22:43 10.07.2025
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
22:28 10.07.2025
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
22:18 10.07.2025
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
Professor Mirzə Qurbanov vəfat edib
22:12 10.07.2025
Professor Mirzə Qurbanov vəfat edib
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
22:07 10.07.2025
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
21:51 10.07.2025
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
21:46 10.07.2025
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
21:33 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
21:30 10.07.2025
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO