Erməni soyğunçular ABŞ-da ələ keçdilər

DÜNYA
13:25 03.12.2012
1363

Amerikanın Kaliforniya ştatında Los-Ancelesin Çatsuort qəsəbəsində yük maşınlarında olan yüklərin ehtimal edilən oğurlanması faktı müəyyən edildikdən sonra 6 nəfər həbs edilib.

Ştat polisi həmin şəxslərin erməni oğru-quldur dəstəsi ilə əlbir olduqlarını bildirib.Məlumata əsasən, detektivlər 40 yaşlı Toros Tufəncyanı, 23 yaşında olan Movses Dermişyanı, 26 yaşlı Akop Amalyanı, 40 yaşlı Artak Arutunyanı, 36 yaşlı Ara Ayrapetyanı və 38 yaşlı Migel Morenonu həbs edə biliblər. Onların hamısı San-Fernando vadisinin sakinləridir.Oğurluq hadisəsi Çatsuortda noyabrın 27-də baş verib. Patrul polisləri yarımqoşqulu yük maşınında olan yükü oğurlamağa cəhd göstərən 4 nəfəri həbs ediblər. Müttəhimlərdən digər ikisi isə eyni cinayətə görə Vernon şəhərində iyulda saxlanılıblar.Müttəhimlərdən 3-ü girov məbləği ödəyiblər, dördüncüsü isə narkotik cinayəti törətdiyinə görə, həbs orderinə əsasən barmaqlıqlar arxasındadır.Bu, Los-Ancelesdə yük maşınlarından yükün, o cümlədən, uşaq mebelinin, oyuncaqların, elektronika mallarının, pivə, əczaçılıq məhsullarının və misin oğurlanması seriyası üzrə sonuncu cinayətdir. Həmçinin, Komptonda, Santa-Klaritada və Vernonda yük maşınlarından milyon dollarla vəsait oğurlanıb.

OXŞAR XƏBƏRLƏR