Erməni tarixçi: 'Şaxta Baba ermənidir' - HƏYASIZLIĞIN SON HƏDDİ
DÜNYA
13:50 30.12.2012
3784
“Şaxta Baba mənşəcə ermənidir”.APA-nın “Novosti Armenia” saytına istinadən verdiyi məlumata görə, bu “kəşfi” tarix elmləri doktoru, professor, etnoqraf Rafael Naapetyan edib.Onun sözlərinə görə, Ermənistanda Yeni İl qədimlərdən “Amanor”, “Nor tari”, “Taremut”, “Tareqlux” adı ilə qeyd olunur: “Bundan başqa ermənilər hələ qədimlərdən bu bayramı böyük təntənə ilə qeyd edir, cıdır yarışları təşkil edirdilər. Şaxta Baba – Nikolay Çudotvoretsdir, onun 280-ci ildə dünyaya gəldiyi və erməni əsilli olduğunu təsdiqləyən fikirlər var. Onun missiyası insanları müalicə etməkdən ibarət idi və ailələr onun gəlişini səbirsizliklə gözləyirdilər. Zaman keçdikcə onu Şaxta Baba adlandırdılar. Rusların Şaxta Babası əvvəlləc mənfi obraz olub, çünki o ətrafda hər şeyi dondururdu. Lakin sonradan o mehriban obraza çevrildi və insanlara xoşbəxtlik gətirməyə başladı. Bundan başqa ermənilərdə Şaxta Babanı əvəzləyən obraz olub, erməni tarixçilərinin sözünə görə, bu rolu Saak Partev oynayırmış. O uzaqların sevimli personajlarından biri olub. Ona Mets Papuk deyirmişlər”.