xari

Erməni valideynlər Paşinyandan cavab gözləyir

DÜNYA
13:49 14.04.2021
251
Ermənistan Şirak regional idarəsinin binası Qarabağ müharibəsində itkin düşən hərbçilərin yaxınları tərəfindən mühasirə olunmağa davam edir. 

AZXEBER.COM vurtualaz.org-a istinadən xəbər verir ki, "Sputnik Ermənistan" müxbirinin hadisə yerindən verdiyi məlumata görə, etirazçılar gecəni inzibati binanın qarşısında keçiriblər. Vətəndaşlar geri çəkilmək niyyətində olmadıqlarını və tələblərinin (Baş nazir Nikol Paşinyanla görüş və Şirak bölgəsindən olan itkin düşən hərbçilər məsələsinin həll olunması) dəyişmədiyini bildiriblər. Əvvəlki gecə etirazçılar Şirak regional idarəsində işləyən qadınların binadan çıxmasına icazə versələr də, kişilər binada qalıb.

"Biz heç kimi binada qalmağa məcbur etmədik, kişilər öz iradələri ilə qalıb",- etirazçılardan biri qeyd edib.

İtkin düşən hərbçilərin valideynləri binaya heç kimi içəri buraxmayacaqlarını bildiriblər.

"Başqa bir şey istəmirik. Yalnız bir tələbimiz var - övladlarımız qaytarılsın və Paşinyan gəlib bizə cavab versin. O gələnə qədər bölgə rəhbərliyini mühasirədən çıxarmayacağıq",-deyə aksiya iştirakçıları vurğulayıblar.

Qeyd edək ki, ötən gün səhər saatlarından etibarən itkin hərbçilərin valideynləri binaya gələrək Baş nazir Nikol Paşinyan, müdafiə naziri Vaqarşak Harutyunyan və Baş nazirin müavini Tiqran Avinyanla görüşmək tələbi ilə binaya olan giriş və çıxışları bağlayıblar. Onlarla polis məmuru hadisə yerindədir.

OXŞAR XƏBƏRLƏR