“Erməni zindanında səkkiz gün” kitabının təqdimat mərasimi oldu

SOSİAL
10:10 09.03.2016
1984
Bu gün Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin akt zalında Xocalı soyqırımının canlı şahidi olan Dürdanə Ağayevanın “Erməni zindanında səkkiz gün” kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə millət vəkilləri, dövlət məmurları, Xocalı sakinləri və KİV nümayəndələri iştirak edib.Tədbiri giriş sözü ilə açan kitabın ön söz müəllifi, araşdırmaçı yazar Aqil Ələsgər bildirdi ki, Dürdanə Ağayevanın əsirlikdə yaşadığı dəhşətlərdən bəhs edən kitab Türkiyənin İnsani Yardım Vəqfi (İHH) tərəfindən İstanbulda türk dilində nəşr olunub: “Bu kitabın çap olunmasında məqsəd bütün dünya türklərinin erməni yalanına qarşı mübarizəsinə töhfə verməkdir. Düşmən təbliğatına qarşı Heydər Əliyev Fondunun vitse prezidenti Leyla Əliyevanın başlatdığı “Xocalıya ədalət” kampaniyası hər il genişlənməkdədir və Dürdanə xanım kimi canlı şahidlərin öz xatirələrini qələmə almaları bu kampaniyaya böyük dəstəkdir”.Tədbirdə çıxış edən Rabitə və Yüksək Texnologiyalar Nazirinin müavini Elmir Vəlizadə kitabın erməni vəhşiliklərinin dünyaya çatdırılmasında xüsusi əhəmiyyətə malik olduğunu bildirib: “Xalqımızın yaşadığı acı faciənin gerçəklərini bəşəriyyətə çatdırmaq baxımından, bir əsir qadının dilindən yazılan kitab qədər təsirli heç nə ola bilməz. Artıq 24 ildir qanayan yaramızı dindirmək üçün hər birimiz bu ölkənin vətəndaşı olaraq, əlimizdən nə gəlirsə etməliyik. Bir neçə ildir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə gerçəkləşən “Xocalıya ədalət” kampaniyasının nəticəsində mütərəqqi yol qət etməyə nail olmuşuq. Bu gün artıq dünyanın 20-dən çox ölkəsi səsimizə səs verir. Lakin ədalətin bərpa olunmasında görüləcək hələ çox işimiz var. Bu acını hər birimiz hiss etməliyik, unutmamalıyıq və haqqın qələbəsi naminə çalışmalıyıq. Bu baxımdan, Dürdanə xanımın müəllifi olduğu əsərin müxtəlif dillərdə dünya ictimaiyyətinə təqdim olunması bu yolda atılan önəmli addımlardan biridir”.Millət vəkili Qənirə Paşayeva mərasimdə çıxış edərək kitab haqqında fikirlərini bölüşüb: “Bu kitab bəşəriyyətin ən qəddar faciələrindən olan Xocalı soyqırımının ədalətli cavab alması üçün görülən məqsədyönlü tədbirlərdən biri hesab oluna bilər. Çünki həmin gecə erməni vandalları tərəfindən dinc əhaliyə olunan amansızlığı bir şahidin dilindən eşitmək daha təsirlidir. Bu gün başda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, ölkənin birinci xanımı Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva olmaqla, ədalətin bərqərar olunması məqsədi ilə dünya əhəmiyyətli tədbirlər görülür. Ölkələrdə fəaliyyət göstərən nümayəndəliklər faciənin dünyada yayılması məqsədi ilə müntəzəm olaraq, layihələr gerçəkləşdirir. Biz daim birlik-bərabərlik içində çalışmalıyıq və bir-birimizə dəstək olmalıyıq. Hesab edirəm ki, Dürdanə xanımın həyata keçirdiyi bu layihə də haqq səsimizin ucaldılmasında uğurlu nəticələr verəcək. Mən bu kitabın ərsəyə gəlməsində əməyi olan qardaş Türkiyəyə dərin minnətdarlığımı bildirirəm. Ümid edirəm ki, kitabın digər dillərdə nəşr olunacaq nüsxələrinin təqdimat mərasimini Xocalıda keçirmək nəsib olar”.Tədbirdə çıxış edən Azərbaycanın Sosial Rifah Partiyasının sədri, millət vəkili Xanhüseyn Kazımlı kitabın Xocalı soyqırımının unudulmaması məqsədi ilə həyata keçirilən əhəmiyyətli layihə olduğunu vurğulayıb: “Xalqımızın erməni daşnaklarının amansızlığına məruz qalmasını 24 ilə sığışdıra bilmərik. Bu tarix 250 ilə bərabərdir. Biz heç bir günahımız olmadan təcavüzün qurbanına çevrilmişik. Bu, həmin dəhşətli anların sadəcə kitab halına salınmış variantı deyil, bir qadının dilindən yazılmış həyat hekayəsidir. Bunun təsir gücünü yüksək qiymətləndirmək lazımdır. Layihənin gerçəkləşdirilməsində Türkiyənin birbaşa yardımının olması, həmçinin, kitabın türk dilində nəşr olunması da bizim birliyimizdən, gücümüzdən, dostluğumuzdan xəbər verir. Bu, düşmənə vurula biləcək ən güclü zərbədir. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə tarixi torpaqlarımıza qarşı ərazi iddiası irəli sürən erməni faşizmini ifşa etmək üçün geniş miqyaslı işlər görülür. Bizim də borcumuz ölkə başçımıza dəstək olmaq, onun gücünə inanmaqdır”.Sonda kitabın müəllifi Dürdanə Ağayeva çıxış edərək, xocalıları öz xatirələrini qələmə almağa dəvət etdi: “Bu bizə ağır da olsa, etməliyik. Xocalı üçün, Qarabağ üçün bunu etmək borcumuzdur. Gələcək nəsillərimizin ermənilərlə mübarizəsi naminə bu vacibdir”.
Tədbir “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri Şamil Sabiroğlu, professor, Xocalı ağsaqqallarından Mübariz Allahverdiyev, Xocalı rayon İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsi Ramilə Xudayarova, milli qəhrəman Tofiq Hüseynovun qızı Yasəmən Həsənova və digər qonaqların çıxışları ilə davam etdi.
Qeyd edək ki, kitabı türk dilində tərcümə edən fəlsəfə elmləri doktoru Mais Əlizadə, önsöz müəllifi isə araşdırmaçı-yazar Aqil Ələsgərdir. Gələcəkdə kitabın rus, ingilis və fransız dillərinə də tərcümə olunması nəzərdə tutulub.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb