Erməniəsilli futbolçu "Qalatasaray"ın təklifini rədd etdi

Erməniəsilli futbolçu "Qalatasaray"ın təklifini rədd etdi
İDMAN
17:43 21.02.2023
309
Transfer çalışmalarını davam etdirən "Qalatasaray" "yox" cavabı alıb.
 
"Sarı-qırmızılar" adı "Çelsi" ilə də hallanan "Dinamo"nun (Moskva) erməniəsilli rusiyalı yarımmüdafiəçisi Arsen Zaxaryanı heyətinə cəlb etmək istəyirdi. 19 yaşlı futbolçu karyerasını İstanbul təmsilçisində davam etdirməyəcəyini söyləyib: "Şəxsi səbəblərə görə karyeramı "Qalatasaray”da davam etdirmək variantını nəzərdən keçirmirəm”.
 
Futbolçunun atası da oğlunun "Qalatasaray"a keçidi ilə bağlı yayılan xəbərlərin saxta olduğunu söyləyib. Arsen karyerasını Avropa klublarında davam etdirmək istəyir. // offsideplus.az
OXŞAR XƏBƏRLƏR