Hərbi cinayət törətdikdən sonra xidmət yerini özbaşına tərk edən 1998-ci il təvəllüdlü əsgər Cəlilbəyli Bəhruz Pərviz oğlunun (27.11.1998-ci il təvəllüdlü) meyiti Azərbaycana qaytarılıb.
APA-nın xəbərinə görə, onun meyiti Naxçıvan istiqamətində, Azərbaycan-Ermənistan sərhədində təhvil verilib.
Qeyd edək ki, B. Cəlilbəyli bu il yanvarın 5-də Sədərək rayonundan həqiqi hərbi xidmətə çağırılıb.