Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb.
Ordumuzun əsgəri, 20 yaşlı Şahmar Şahlar oğlu Daşdəmirov düşmən gülləsinə tuş gəlib. Nəticədə güllə yarası alan əsgər hospitala yerləşdirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya faktı təsdiqləyib.
Qeyd edək ki, Ş.Daşdəmirov Xaçmaz rayonundan hərbi xidmətə çağırılıb.