Ermənilər Azərbaycanı müdafiə edən niderlandlı deputatı təhdid edirlər

Ermənilər Azərbaycanı müdafiə edən niderlandlı deputatı təhdid edirlər
SİYASƏT
11:43 13.11.2020
698

Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının təşkilatçılığı ilə Niderland və Belçika Krallıqlarında yaşayan soydaşlarımız Qarabağda tarixi qələbəmiz və bundan sonra Azərbaycan diasporunun qarşısında duran vəzifələrlə bağlı virtual görüş təşkil edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov 30 ilə yaxındır davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın şanlı qələbəsi ilə başa çatması münasibətilə iştirakçıları təbrik edib və qeyd edib ki, rəşadətli ordumuzun şücaəti, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti ilə əldə olunmuş bu möhtəşəm qələbə bundan sonra dünya azərbaycanlılarının qarşısında Azərbaycanın milli maraq və mənafeyinin müdafiəsi üçün yeni vəzifələr qoyur.

"Azərbaycan diasporunun əvvəllər əsas vəzifələrindən biri ölkəmizin haqq səsini dünyaya çatdırmaq idisə, artıq hədəflərimiz və fəaliyyət istiqamətimiz dəyişir.

Bundan sonra Qarabağın zəngin mədəni irsinin dünyada təbliği, turizmin inkişafına yeni töhfə vermək  fəaliyyətimizin prioritetini təşkil edəcək. Biz xarici ölkələrin KİV-lərini daha geniş məlumatlandırmalı, dövlətimizə dəstək olmalıyıq. Bu baxımdan, bizim görüşlərimiz daha intensiv olacaq”.

Görüşdə çıxış edən Niderland Parlamentinin deputatı Tunahan Kuzu da bu tarixi qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib.

Deputat diqqətə çatdırıb ki, Azərbaycanın haqlı mövqeyini müdafiə etdiyi üçün ermənilər onu təhdid etməyə başlayıblar:

"Lakin mən öz  mövqeyimdən əl çəkməyəcəyəm. Bütün beynəlxaq ictimaiyyətin bildiyi kimi Qarabağ Azərbaycandır, bu gün  Azərbaycan bayrağının Şuşa şəhərində və Ermənistanın işğalından azad edilmiş digər torpaqlarında dalğalandırılması qürurvericidir”.

Maisə Ağamirzəyeva, Aynur Məmmədova, Vüqar Abbasov, İlhan Aşkın, Ayhan Dəmirçi, Səbuhi Məmmədov, Firəngiz Bağırova, Elsevər Məmmədov və qələbə sevincini bölüşən digər soydaşlarımız  bundan sonra da Azərbaycan dövlətinin yanında olduqlarını və milli maraqlarımızın müdafiəsi üçün yumruq kimi birləşəcəklərini bəyan ediblər.

37 soydaşımızın iştirak etdiyi görüşdə qələbənin qarşımızda qoyduğu yeni vəzifələrlə bağlı fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Suriya və Livan arasında razılaşma imzalanıb
19:23 02.07.2026
Suriya və Livan arasında razılaşma imzalanıb
Pistorius: Ukraynadakı müharibə həlledici mərhələyə daxil olub
19:07 02.07.2026
Pistorius: Ukraynadakı müharibə həlledici mərhələyə daxil olub
Dəməşqdə Ədalət Sarayının yaxınlığında partlayış olub
18:47 02.07.2026
Dəməşqdə Ədalət Sarayının yaxınlığında partlayış olub
Avropa Komissiyası Prezidentinin Bakı səfəri strateji tərəfdaşlığın yeni mərhələsini açır ŞƏRH
18:42 02.07.2026
Avropa Komissiyası Prezidentinin Bakı səfəri strateji tərəfdaşlığın yeni mərhələsini açır ŞƏRH
HAMAS İsraillə əməkdaşlıqda ittiham olunan Qəzza sakinini edam etdi
18:35 02.07.2026
HAMAS İsraillə əməkdaşlıqda ittiham olunan Qəzza sakinini edam etdi
İran Hörmüz boğazından keçən tankerlərə xəbərdarlıq edib
18:22 02.07.2026
İran Hörmüz boğazından keçən tankerlərə xəbərdarlıq edib
Polşada Belarusa casusluqda ittiham olunan iki nəfər tutuldu
18:07 02.07.2026
Polşada Belarusa casusluqda ittiham olunan iki nəfər tutuldu
İngilis alimlərdən araşdırma: Sosial media yeniyetmələr üçün tamamilə məhdudlaşdırılmaldır
17:55 02.07.2026
İngilis alimlərdən araşdırma: Sosial media yeniyetmələr üçün tamamilə məhdudlaşdırılmaldır
Bir zamanlar milyonlarla izləyiciləri var idi, indi həbsxana həyatı yaşayırlar - Onlar kimdir?
17:32 02.07.2026
Bir zamanlar milyonlarla izləyiciləri var idi, indi həbsxana həyatı yaşayırlar - Onlar kimdir?
İyulda eşq qapıları bu bürclərin üzünə açılacaq - Proqnoz
17:11 02.07.2026
İyulda eşq qapıları bu bürclərin üzünə açılacaq - Proqnoz
AccessBank-dan yeni biznes müştərilərinə 50%-dək endirim kampaniyası
17:09 02.07.2026
AccessBank-dan yeni biznes müştərilərinə 50%-dək endirim kampaniyası
“Süni intellekt müəllimin peşəkar fəaliyyətini daha da gücləndirəcək”
16:53 02.07.2026
“Süni intellekt müəllimin peşəkar fəaliyyətini daha da gücləndirəcək”
Teymur Musayevin müavinlərinin sayı artırıldı
16:48 02.07.2026
Teymur Musayevin müavinlərinin sayı artırıldı
Məktəblərdə telefon qadağasını zəruri edən səbəblər açıqlandı: “Bu, onların tərbiyəsinə mənfi təsir göstərirdi”
16:36 02.07.2026
Məktəblərdə telefon qadağasını zəruri edən səbəblər açıqlandı: “Bu, onların tərbiyəsinə mənfi təsir göstərirdi”
Qara Dəniz Ticarət və İnkişaf Bankı Unibanka 7 milyon dollarıq kredit xətti ayırıb
16:31 02.07.2026
Qara Dəniz Ticarət və İnkişaf Bankı Unibanka 7 milyon dollarıq kredit xətti ayırıb
Başqasının yerinə imtahana girmək istədi - Nəticələri ləğv olundu
16:16 02.07.2026
Başqasının yerinə imtahana girmək istədi - Nəticələri ləğv olundu