Ermənilər azərbaycanlı deputatın evini dağıtdılar - FOTOLAR

Ermənilər azərbaycanlı deputatın evini dağıtdılar -  FOTOLAR
SOSİAL
12:40 29.04.2016
4175
“Ermənilərin raketlərdən açdığı atəş nəticəsində Ağdamın Eloğlu kəndindəki ana evimiz, yəni anamın anasının-nənəmin evi dağıdılıb, yararsız hala salınıb”. Bu sözləri Modern.az saytına 83 saylı Ağcabədi-Füzuli seçki dairəsinin deputatı Aqil Abbas deyib.
Aqil Abbasın sözlərinə görə, nənə evini özü təmir etdirmək istəyir:
“Dövlət ilk növbədə daha çox ehtiyacı olan insanların evlərini təmir etdirsin. Çalışacam ki, nənə evimizi təmir edim. Təbii ki, belə evləri dövlət təmir edir. Evə gedib baxanda dövlət rəsmiləri də mənimlə idilər.
Bizim həyətə gedəndə Ağcabədinin və Ağdamın icra basçışına dedim ki, “mənim evimi təmir etdirmək vacib deyil, siz ilk növbədə daha çox ehtiyacı olan, başqa sakinlərin dağılmış evlərini təmir etdirin. Dedim ki, evimizi özüm təmir etdirərəm”.
Deputat deyib ki, ötən gün şiddətli atışmalar nəticəsində Ağdamın Eloğlu, Çəmənli, Əfətli, Zəngişalı, Mahruzlu, Əhmədağalı kəndlərinə düşmən raket və qradlardan, iri çaplı silahlardan atəş açıb. Bir çox evləri yararsız hala düşüb.
“Sarıcalı kəndində orta məktəbi raketlərdən, qradlardan elə günə salıblar ki, külünü göyə sovurublar. Həmin saatlarda böyük xoşbəxtlikdən orada dərs olmayıb. Əgər Allah eləməsin, həmin gün o məktəbdə dərs olsaydı, 1 nəfər də şagird və ya müəllim sağ çıxa bilməzdi.
Ağcabədinin Qaraxanlı kəndinə sırağa gün 50 raket düşüb. Bayat, Hacılar kəndləri erməni səngərinin burnunun ucundadır. Ermənilərin atəş nöqtəsindən Qaraxanlı və Bayat kəndlərinə 15-20 kilometr məsafə var. İndi görün ki, ermənilər hansı növ raketlərdən atəş açıblar ki, həmin raketlər kəndləri məhv edib”.
Aqil Abbasın sözlərinə görə, atılan raketlərdən biri qonşuluqdakı evin düz içinə düşüb.
“Bir raket də həyətin artırma hissəsinə düşüb. Xoşbəxtlikdən həmin an divarlar aşmamışdı evi saxlayıb. İnsanlar hamısı həyətdə olub və divarlar da qəlpələrdən onları qoruyub.
Ağdamın Hacılar kəndində Heydər piri var. Seyid ocağı olan o kəndə 13 qrad mərmisi düşüb və 7-si partlamayıb”.(modern.az)
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
15:59 05.06.2026
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
Mehriban Əliyeva Avropa çempionu olmuş Azərbaycan minifutbol yığmasını təbrik etdi
15:57 05.06.2026
Mehriban Əliyeva Avropa çempionu olmuş Azərbaycan minifutbol yığmasını təbrik etdi
BMT Livan üçün humanitar yardımın həcminin artırılmasını tələb edir
15:33 05.06.2026
BMT Livan üçün humanitar yardımın həcminin artırılmasını tələb edir
Bir qrup su təsərrüfatı və meliorasiya işçisi təltif edilib - SİYAHI
15:29 05.06.2026
Bir qrup su təsərrüfatı və meliorasiya işçisi təltif edilib - SİYAHI
Prezident Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayırdı
15:20 05.06.2026
Prezident Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayırdı
Professor oğlanlara səsləndi: Qız öz atasından narazıdırsa, onunla evlənməyin
15:15 05.06.2026
Professor oğlanlara səsləndi: Qız öz atasından narazıdırsa, onunla evlənməyin
“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi
15:13 05.06.2026
“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi
5 azərbaycanlının öldüyü gəmiyə hücum anı - VİDEO
15:12 05.06.2026
5 azərbaycanlının öldüyü gəmiyə hücum anı - VİDEO
Rusiya XİN azərbaycanlı dənizçilərin həlak olması ilə əlaqədar başsağlığı verdi
15:04 05.06.2026
Rusiya XİN azərbaycanlı dənizçilərin həlak olması ilə əlaqədar başsağlığı verdi
6 saatdan az yatmaq bu xəstəliklərə səbəb olur - XƏBƏRDARLIQ
15:01 05.06.2026
6 saatdan az yatmaq bu xəstəliklərə səbəb olur - XƏBƏRDARLIQ
Dava edən oğlunu ayırmağa çalışan ana öldü - FOTO
14:57 05.06.2026
Dava edən oğlunu ayırmağa çalışan ana öldü - FOTO
“Kristal”ın Nəsimidə inşa etdiyi prestijli layihə - “Royal Residence”
14:47 05.06.2026
“Kristal”ın Nəsimidə inşa etdiyi prestijli layihə - “Royal Residence”
Qrossi: Nüvə obyektləri heç bir halda hücuma məruz qalmamalıdır
14:44 05.06.2026
Qrossi: Nüvə obyektləri heç bir halda hücuma məruz qalmamalıdır
Rəsmi Bakı: Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı fəaliyyət iddiaları əsassızdır
14:35 05.06.2026
Rəsmi Bakı: Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı fəaliyyət iddiaları əsassızdır
Qadınlar diqqətsiz kişilərə niyə daha çox meyl edir? - ARAŞDIRMA
14:32 05.06.2026
Qadınlar diqqətsiz kişilərə niyə daha çox meyl edir? - ARAŞDIRMA
MEDİA: CNN-dən təkzib verməsini və Azərbaycandan üzr istəməsini tələb edirik
14:24 05.06.2026
MEDİA: CNN-dən təkzib verməsini və Azərbaycandan üzr istəməsini tələb edirik