“Ermənilər bu dəqiqə də Goranboyu atəşə tuturlar”- İcra nümayəndəsi

“Ermənilər bu dəqiqə də Goranboyu atəşə tuturlar”-  İcra nümayəndəsi
SİYASƏT
11:08 07.04.2016
2705
Düşmən tərəfi atəşkəs razılaşmasını pozaraq dünən axşam saatlarından başlayaraq Goranboy rayonunun Tapqaraqoyunlu kəndini intensiv atəşə tutur.
Kəndin icra nümayəndəsi Abbas Allahverdiyev  bildirib ki, ermənilərin açdığı atəş nəticəsində yaşayış evlərinə ziyan dəyib.
“Tapqaraqoyunlu dünən axşam saatlarından başlayaraq erməni silahlıları tərəfindən atəşə məruz qalıb. Evlərə ziyan dəyib, sakinlər arasında xəsarət alan yoxdur. Hazırda ərazidə Fövqəladə Hallar Komissiyası araşdırma aparır, kəndə dəyən ziyan hesablanır.
Düşmən bu dəqiqələrdə də minomyotlarla atəş açır. Buna baxmayaraq sakinlər arasında panika, təşviş yaşanmır”.
//azvision.az
OXŞAR XƏBƏRLƏR