Ermənilər bu gün ərzində Tərtərə 400-ə yaxın top mərmisi atıb

Ermənilər bu gün ərzində Tərtərə 400-ə yaxın top mərmisi atıb
SOSİAL
18:39 04.10.2020
594

Ermənistan silahlı qüvvələri Tərtər şəhərini və ətraf kəndləri artilleriya atəşinə tutmaqda davam edir. 

Bu barədə report-un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir. 

Məlumata görə, oktyabrın 4-ü gün ərzində rayona düşmən tərəfindən 400-ə yaxın top mərmiləri atılıb. Onlardan 100-ü şəhərin mərkəzinə düşüb. 

Nəticədə mülki evlərə, mülki obyektlərə, inzibati ərazilərə ziyan dəyib. 

Hazırda döyüşlər davam edir. 

OXŞAR XƏBƏRLƏR