Ermənilər cəbhədə finlandları atəşə tutdular – FOTO

Ermənilər cəbhədə finlandları atəşə tutdular – FOTO
SİYASƏT
16:25 27.11.2014
2237
Həyəcanlı anlar yaşandı.
Finlandiya Dövlət Teleradio Şirkətinin (YLE) əməkdaşları Azərbaycanda yaradıcılıq ezamiyyətindədir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, YLE-nin əməkdaşları Vesa Toiyonen və İvar Heinmaa Azərbaycan haqqında yeni sənədli televiziya filminin çəkilişləri ilə əlaqədar cəbhə bölgələrinə səfər edib, müharibə nəticəsində dağıdılaraq viran qalmış yaşayış məntəqələrini öz gözləri ilə görüb, yerli əhali, qaçqınlar və hərbçilərlə görüşüblər.
Suriya, Əfqanıstan, İraq, Çeçenistan, Ukrayna və dünyanın digər qaynar bölgələri barədə bir çox filmin müəllifləri olan finlandiyalı qonaqlar 1990-cı illərdən başlayaraq mütəmadi olaraq Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında səy göstərirlər.
Onlar əvvəlki filmlərdə neft-qaz məsələlərinə, qaçqınların problemlərinə geniş yer veriblər. Növbəti filmdə onlar cəbhə bölgələrindəki reallıqları dünya ictimaiyyətinə çatdırmağı qarşılarına məqsəd qoyublar.
Tərtər rayonunun Qapanlı kənd qəbiristanlığında şəhid məzarı yaxınlığında çəkilişlər aparılarkən qonaqlar Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəsin növbəti dəfə pozulduğunun şahidi olublar.
Çəkiliş üçün hərtərəfli şərait yaradıldığına görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildirən Finlandiya Dövlət Teleradio Şirkətinin Beynəlxalq sənədli filmlər proqramının rəhbəri Vesa Toiyonen və kinooperator İvar Heinmaa Azərbaycana növbəti səfərləri zamanı erməni işğalından azad ediləcək torpaqlarda çəkilişlər aparmaq arzusu ilə cəbhə bölgələrindən xoş təəssüratlarla ayrılıblar.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Quba Palace Hotel-də Novruz bayramı xüsusi proqramla qeyd olunacaq
14:57 13.03.2026
Quba Palace Hotel-də Novruz bayramı xüsusi proqramla qeyd olunacaq
Məşhur fenomenin həbs müddəti uzadıldı
14:52 13.03.2026
Məşhur fenomenin həbs müddəti uzadıldı
"Universitetlərin Bakıdan köçürülməsi sıxlığın azalmasına gətirəcək" - Deputat
14:51 13.03.2026
"Universitetlərin Bakıdan köçürülməsi sıxlığın azalmasına gətirəcək" - Deputat
Dövlət ipotekası ilə mənzil almaq istəyənlər üçün əla xəbər: “Park Yasamal”da mənzillər satışa çıxdı
14:27 13.03.2026
Dövlət ipotekası ilə mənzil almaq istəyənlər üçün əla xəbər: “Park Yasamal”da mənzillər satışa çıxdı
Özbəkistan Prezidenti WUF13-də iştirak edəcək
14:09 13.03.2026
Özbəkistan Prezidenti WUF13-də iştirak edəcək
Türkiyə Müdafiə Nazirliyi İrandan növbəti ballistik raketin atıldığını təsdiqlədi
14:06 13.03.2026
Türkiyə Müdafiə Nazirliyi İrandan növbəti ballistik raketin atıldığını təsdiqlədi
Bakıda maraqlı toy - Bəy 93, gəlin 42 yaşında - VİDEO
13:59 13.03.2026
Bakıda maraqlı toy - Bəy 93, gəlin 42 yaşında - VİDEO
XİN: İran və İsraildə Azərbaycan vətəndaşlarının xəsarət alması barədə məlumat yoxdur ​​​​​​​
13:57 13.03.2026
XİN: İran və İsraildə Azərbaycan vətəndaşlarının xəsarət alması barədə məlumat yoxdur ​​​​​​​
Prezidentin köməkçisi: Azərbaycan regional dəhlizləri inkişaf etdirir
13:54 13.03.2026
Prezidentin köməkçisi: Azərbaycan regional dəhlizləri inkişaf etdirir
ABŞ Mərkəzi Komandanlığı İraqdakı təyyarə qəzasını təsdiqlədi - 4 nəfər öldü
13:53 13.03.2026
ABŞ Mərkəzi Komandanlığı İraqdakı təyyarə qəzasını təsdiqlədi - 4 nəfər öldü
Tarix Əliyev bu şəxslərə qadağa qoydu
13:44 13.03.2026
Tarix Əliyev bu şəxslərə qadağa qoydu
"Süni intellektlə şəxslərin saxta görüntülərinin yaradılması rəqəmsal terrordur" - Ekspert
13:38 13.03.2026
"Süni intellektlə şəxslərin saxta görüntülərinin yaradılması rəqəmsal terrordur" - Ekspert
Gəncədə antik əşyalar oğurlayan şəxslər saxlanıldı
13:18 13.03.2026
Gəncədə antik əşyalar oğurlayan şəxslər saxlanıldı
CNN: ABŞ İranın Hörmüz boğazını bağlama ehtimalını yetərincə nəzərə almayıb
13:13 13.03.2026
CNN: ABŞ İranın Hörmüz boğazını bağlama ehtimalını yetərincə nəzərə almayıb
Bu ailələrə hər ay 422 manat verilir
13:09 13.03.2026
Bu ailələrə hər ay 422 manat verilir
“50 minə yaxın müəllimin ixtisar riski yaranır”
13:07 13.03.2026
“50 minə yaxın müəllimin ixtisar riski yaranır”