Bu gün saat 12.30 radələrində Tovuz rayonunun Qaralar kəndi Ermənistan Respublikası silahlı qüvvələrinin Berd rayonu ərazisindəki adsız yüksəkliklərdəki mövqelərindən iriçaplı silahlardan atəşə tutulub.
Bu barədə AZXEBER.COM-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, təxribatın miqyasının genişlənməməsi məqsədilə Silahlı Qüvvələrimizin bu istiqamətdə yerləşən bölmələri tərəfindən təxirəsalınmaz tədbirlər görülüb.