Ermənilər də Ağ evdə qondarma soyqırım aksiyasına başladılar

Ermənilər də Ağ evdə qondarma soyqırım aksiyasına başladılar
13:11 12.02.2013
1506

Onlar Vaşinqtonun bu dırnaqarası hadisəni rəsmi şəkildə tanınmasını istəyirlər

Ermənilər də Ağ evdə qondarma erməni soyqırımının tanınması üçün 100 min səstoplama aksiyasına başladılar. Ağ evin saytında prezident Barak Obamanın bu məsələni qaldırması üçün kampaniyaya start verilib. "Soyqırım" çağırışın mətnində deyilir ki, bu il aprelin 24-də uydurma erməni soyqırımının 98-ci ildönümü olacaq. Vaşinqton hələ də uydurma soyqırımı rəsmi şəkildə tanımayıb. Barak Obama bu "soyqırımı" sərt şəkildə qınayıb, amma vədinə əməl etmədi. İki ildən sonra bu hadisənin 100 ili olacaq. Vaşinqtonun bu hadisəni rəsmi şəkildə tanınmasının artıq vaxtı çatıb. Qeyd edək ki, qondarma erməni soyqırımını ilk dəfə 1965-ci ildə Uruqvay tanıyıb. Onun ardınca Rusiya, Fransa, İtaliya, Almaniya, Hollanadiya, Belçika, Polşa, Litva, Slovakiya, İsveç, İsveçrə, Yunanıstan, Kipr, Livan, Kanada, Venesueal, Argentina, Vatikan və ABŞ-ın 42 ştatı tanıyıb.

OXŞAR XƏBƏRLƏR