Ermənilər dünyanın ən bədbəxt xalqı adlandırıldı

SİYASƏT
13:24 03.12.2013
1202

Bolqarıstan və Ermənistan sakinləri 2012-ci ildə hamıdan çox əzab çəkib

Bolqarıstan və Ermənistan sakinləri daha çox 2012-ci ildə əzab çəkiblər. ANS PRESS-in verdiyi məlumata görə, bu açıqlamanı dünyanın 143 ölkəsində sorğu keçirən tanınmış Gallup şirkəti yayıb.Bolqarıstanda keçirilən sorğunun nəticələrinə əsaslanan şirkət bildirib ki, əhalinin 39 %-i, 2012-ci ildə keçən həyatlarını "əzablı həyat" adlandırıblar. Ermənistan 37 %-lə reytinqdə ikinci yeri tutub.İlk onluqda isə Kamboca, Haiti, Macarıstan, Madaqaskar, Makedoniya, İraq, Suriya və Əfqanıstan yer alıb.Gallup ekspertləri sorğunu üç kateqoriyaya bölüb: "Çiçəklənmə", "Mübarizə" və "Əzab".Dünyanın ən xoşbəxt ölkələri sırasında isə İslandiya, Katar, İsveç, Norveç, BƏƏ-lər, İsveçrə gedir.

OXŞAR XƏBƏRLƏR