Ermənilər gürcü adı ilə Bakıya gəldi - FOTO

SİYASƏT
12:20 01.08.2014
2164
“Neftçi” – “Çixura” matçında azarkeşlər arasında qalmaqal yaşanıb.
AZXEBER.COM publika.az-a istinadən xəbər verir ki, “Çixura” azarkeşləri “Bakcel Arena”da yer aldıqları tribunadan Azərbaycan şəhərləri Zaqatala və Qaxın Gürcüstan ərazisi kimi göstərildiyi xəritə asıblar.
İki klubun azarkeşləri arasında dava-dalaşın yaranmasında bu məqamın da rolu olub. Baş verən hadisə polisləri daha ciddi addımlar atmağa məcbur edib. Gürcülərin Azərbaycan ərazisinə göz dikməsi kifayət qədər şübhəli məqamlar ortaya çıxarıb ki, Azərbaycan polisi də matçdan sonra gürcü fanatları saxlayaraq, onlar üzərində yoxlama aparıb.
Bu zaman məlum olub ki, Gürcüstandan gələn azarkeşlərdən 3-ü erməni əsilli olub. Onlar Gürcüstan pasportu ilə ölkəmizə daxil olublar. Hazırda həmin azarkeşlərin dindirilməsi gedir.
Qalmaqala səbəb olan xəritə məsələsi ilə bağlı daha bir məlumat əldə etmişik.
Deyilənə görə, açılan plakat qarşılaşmanı izləyən AFFA prezidenti Rövnəq Abdullayevlə PFL prezidenti, əslən gürcüstanlı olan Ramin Musayevin də hiddətinə səbəb olub.
Buna görə də onlar qarşılaşmadan dərhal sonra “Çixura”nın prezidenti Nodar Meqreleşvilini “Bakcel Arena”nın alt qatına çağıraraq ona öz kəskin etirazlarını bildiriblər və eyni zamanda izahat tələb ediblər. Gürcüstan klubunun prezidenti baş verənlərə görə üzr istəyib.
OXŞAR XƏBƏRLƏR