Ermənilər Gürcüstanın azərbaycanlılar yaşayan kəndlərinin ərazilərini zəbt edirlər

Ermənilər Gürcüstanın azərbaycanlılar yaşayan kəndlərinin ərazilərini zəbt edirlər
SİYASƏT
15:22 19.07.2015
2575
“Əhali qorxu içində yaşayır”.
Bir neçə gün əvvəl Ermənistan sərhəd məntəqəsinin əməkdaşları azərbaycanlıların kompakt yaşadığı Təzəkənd kəndi yaxınlığında Gürcüstanın 10 hektar ərazisini zəbt ediblər.
AZXEBER.COM xəbər verir ki, APA-nın “Rustavi 2” televiziya kanalına istinadən verdiyi məlumata görə, yerli sakinlər bildirib ki, belə addımlar çoxdan başlanıb: "Ermənistan hərbçiləri uzun müddətdir, Təzəkənd kəndinin Ermənistanla sərhəddə yerləşən torpaqlarını zəbt edir, yerli əhali həmin sahəyə keçən kimi saxlayır, hətta cinayət işi qaldırır, xətti keçən mal-qaranı aparır, sərhədə yaxın evlərin onların ərazisinə düşdüyünü iddia edirlər".
Təzəkənd sakinləri bildiriblər ki, onların yaşadığı kəndin Ermənistanla sərhəd xətti tarixi xəritəyə görə Muşul meşələrinin yaxınlığında olan dağların zirvəsindən keçib:
“Ermənistan sərhədçiləri azərbaycanlıların yaşadığı sərhədyanı kəndlərin 500 metrliyində hərbi baza da tikərək hərbi maşın və əsgərləri oraya yerləşdiriblər. Sadaxlı, Təzəkənd, Xuldərə kənd sakinləri hər an təhlükə içində yaşayırlar. Meşəyə gedən mal-qaranı tutan erməni sərhədçiləri geri qaytarmırlar. Qaytarırlarsa da, bu, uzun müddətli şikayətlərdən sonra Gürcüstan hökumətinin əlaqədar təşkilatları sayəsində mümkün olur. Əhali qorxu içində yaşayır. Hətta olub ki, azərbaycanlıları oğurladıqdan sonra güllələyib, öldürüblər”.
Xatırladaq ki, Gürcüstan-Ermənistan sərhədlərinin delimitasiyası və demarkasiyası məlum olmayan səbəblər üzündən keçirilmir. Yerli əhali Gürcüstanın rəsmi dairələrinə şikayət etsə də, hələlik nəticə yoxdur. Ermənistan sərhədçiləri isə sərhəd xəttini yavaş-yavaş Sadaxlı kəndinin ərazilərinə doğru “sürüşdürürlər”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Azərbaycan ilə Macarıstan arasında əlaqələrin inkişafı məmnunluq doğurur"
13:12 24.05.2025
"Azərbaycan ilə Macarıstan arasında əlaqələrin inkişafı məmnunluq doğurur"
4 BÜRCƏ pul yağışı - Həftə sonu gözlənilməz qazanc fürsətləri
12:57 24.05.2025
4 BÜRCƏ pul yağışı - Həftə sonu gözlənilməz qazanc fürsətləri
Afrika Fransanın müstəmləkə mirasını şəhər xəritələrindən silir
12:43 24.05.2025
Afrika Fransanın müstəmləkə mirasını şəhər xəritələrindən silir
Azərbaycan millisinin baş məşqçisi: "Səviyyə baxımından biz İngiltərədən daha yaxşıyıq"
12:33 24.05.2025
Azərbaycan millisinin baş məşqçisi: "Səviyyə baxımından biz İngiltərədən daha yaxşıyıq"
Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət etdi
12:19 24.05.2025
Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət etdi
Ötən gün dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanıldı
11:59 24.05.2025
Ötən gün dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanıldı
Bəzi rayonlarda leysan yağır - FAKTİKİ HAVA
11:44 24.05.2025
Bəzi rayonlarda leysan yağır - FAKTİKİ HAVA
Ötən gün vətəndaşların bank kartlarından 5 min manata yaxın pul kiber üsulla oğurlandı
11:35 24.05.2025
Ötən gün vətəndaşların bank kartlarından 5 min manata yaxın pul kiber üsulla oğurlandı
Aktauda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə memorial ucaldılacaq
11:16 24.05.2025
Aktauda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə memorial ucaldılacaq
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanıldı
11:04 24.05.2025
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanıldı
Azərbaycan FHN MDB ölkələrinin birgə təlimində iştirak etdi
10:51 24.05.2025
Azərbaycan FHN MDB ölkələrinin birgə təlimində iştirak etdi
Üçüncü övladını dünyaya gətirmişdi - 13 gün sonra ÖLDÜ
10:34 24.05.2025
Üçüncü övladını dünyaya gətirmişdi - 13 gün sonra ÖLDÜ
Bu yollarda hərəkət məhdudlaşdırılacaq
10:26 24.05.2025
Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Ötən ay 7 minə yaxın əcnəbi Azərbaycanda yaşama icazəsi üçün müraciət edib
10:10 24.05.2025
Ötən ay 7 minə yaxın əcnəbi Azərbaycanda yaşama icazəsi üçün müraciət edib
Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyaların həcmi 27 %-dən çox artıb
09:53 24.05.2025
Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyaların həcmi 27 %-dən çox artıb
Rusiya Odessa limanına ballistik raketlərlə zərbə endirib: ölən və yaralananlar var
23:48 23.05.2025
Rusiya Odessa limanına ballistik raketlərlə zərbə endirib: ölən və yaralananlar var