Ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında iki qızıl yatağının istismarına başlayır

Ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında iki qızıl yatağının istismarına başlayır
11:30 18.03.2013
941

Bu barədə APA Ermənistan mediasına istinadən məlumat verib.

Ağdərə ərazisində yerləşən bu yataqların perspektivli olduğu güman edilir və kəşfiyyatın nəticələrinə müvafiq olaraq onların istismar edilməsi barədə qərar qəbul olunacaq. 

Məlumata görə, ermənilər 2015-ci ilədək Ağdərə ərazisində iki qızıl yatağında istismara başlamağı planlaşdırırlar. Ermənistanın «Base Metal» firması tərəfindən təsdiq edilmiş plana əsasən, yay aylarında bu yataqların istismara açılması üçün zəruri infrastrukturun yaradılmasına start veriləcək.

Qeyd edək ki, ermənilər işğal dövründə istismar olunan Kəlbəcər rayonunun ərazisindəki Heyvalı yatağında ehtiyatların tükəndiyini açıqlayıblar.

OXŞAR XƏBƏRLƏR