Ermənilər istəməsə də, itkilərin sayını açıqlayır - 32 ölü, 121 yaralı

SOSİAL
22:39 06.04.2016
1913

Təmas xəttindəki son döyüşlərdən sonra Ermənistan Silahlı Qüvvələri itkilərin sayını açıqlamaqdan çəkinsə də, bu dəfə də bir hissəsini etiraf edib.

“Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, aprelin 2-dən bu günə qədər ermənilərin 32 hərbçisi ölüb (24 əsgər və 8 zabit), 121 hərbçisi isə (24 zabit və 97 əsgər) yaralanıb. 25 nəfər isə itkin düşüb. Bu barədə qondarma Dağlıq Qarabağın Müdafiə Nazirliyinin operativ informasiya şöbəsinin rəhbəri Viktor Arustamyan bildirib.

Qeyd edək ki, aprelin 2-nə keçən gecə cəbhədə Ermənistanın təxribatı nəticəsində Azərbaycan silahlı Qüvvələrinin 31 hərbçisi qəhrəmancasına şəhid olub.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, birləşmələrimizin cavab atəşləri nəticəsində erməni tərəfinin 170-dək hərbi qulluqçusu və 12 zirehli texnikası sıradan çıxarılıb.

OXŞAR XƏBƏRLƏR