Ermənilər Kəlbəcərdəki mövqelərimizi atəşə tutdu

Ermənilər Kəlbəcərdəki mövqelərimizi atəşə tutdu
SOSİAL
18:32 15.07.2021
811
İyulun 15-də saat 14:15 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyindən AZXEBER.COM- a verilən məlumata görə, qarşı tərəfin susdurulması məqsədilə cavab atəşi açılıb.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.
OXŞAR XƏBƏRLƏR