Ermənilər müharibəyə hazırlaşırlar

SİYASƏT
14:35 09.06.2014
3273

Ermənistan ordusu cəbhə xəttində müdafiə mövqelərində möhkəmləndirmə işlərinə başlayıblar.

APA-nın hərbi mənbələrdən əldə etdiyi məlumata görə, cəbhənin cənub-şərqində – Füzuli rayonunun Qazaxlar, Horadiz və Cəbrayıl rayonunun Mehdili kəndi istiqamətində bir neçə gündür ermənilərin mövqelərini möhkəmləndirməsi müşahidə olunur.

Əsasən gecə saatlarında fəaliyyət göstərən erməni mühəndis-istehkam bölmələri tərəfindən ərazinin minalanması, eləcə də mövqelərin üzərində maneələrin qurulması, açıq ərazilərin bağlanması halları qeydə alınıb.

OXŞAR XƏBƏRLƏR