Ermənilər Naxçıvanı su ilə təchiz edən Azat çayının qarşısını kəsmək istəyir

Ermənilər Naxçıvanı su ilə təchiz edən Azat çayının qarşısını kəsmək istəyir
SİYASƏT
18:40 30.05.2016
1470
Ermənistan Araz çayına axan və Naxçıvanı su ilə təmin edən Azat çayının qarşısını kəsmək istəyir.
Bu təklifi Ararat vilayətinin qubernatoru Rubik Abramyan irəli sürüb.
O bildirib ki, Azat çayının suyunu Ararat vadisinin kəndlərinə yönəltmək barədə proqramının təxirə salınmasını düzgün hesab etmir. “Azat çayının üzərindəki su anbarından 15-25 min kubmetr su Naxçıvana axıdılır. Amma biz bu sudan elektirik enerjisi də əldə edə bilərik”, - deyə Ermənistan rəsmisi bildirib.
Ermənistanın ətraf mühitin mühafizəsi naziri Aramais Qriqoryan də Azat çayının suyunun Azərbaycana nahaq yerə axıdıldığını deyib. “Məsələ burasındadır ki, bəzi aylarda su qıtlığı müşahidə oluna bilər, ancaq çayda əsasən su bolluğu var. Bu artıq suyu Ararat vadisinə yönəltmək lazımdır. Biz yaz daşqınları zamanı çox miqdarda su itiririk”, - deyə nazir qeyd edib.
Araz çayının sol qolu olan Azat çayı Ermənistanın Qeqam yaylasından başlanğıcını götürür. Ermənistanda dəfələrlə Azərbaycana qarşı belə təxribatçı çıxışlar edilib.
Bu tipli çıxışlar aprel hadisələrindən sonra daha da artıb. Ermənistan rəhbərliyi qondarma Dağlıq Qarabağ rejiminin “müstəqilliyinin” tanınmasını, aprel əməliyyatlarında itirilən ərazilərin danışıqlar predmeti olması kimi iddialarla çıxış edir.
İndi isə Ermənistan rəsmisi blokada vəziyyətdə olan Naxçıvanın su təchizatına mane olmaqla bağlı təklif irəli sürür.
Məsələ ilə bağlı ekoloq Telman Zeynalov bildirib ki, Ermənistanın Azat çayının qarşısını kəsməsi Naxçıvanda su qıtlığına səbəb ola bilər. “Arazın qolu olan Azat çayı Ermənistandan Naxçıvan Muxtar Respublikasının ərazisinə axır. Naxçıvan əhalisi isə bu çayın suyundan əkinçilikdə istifadə edir. Susuzluq isə Naxçıvanın kənd təsərrüfatına ciddi ziyan vura bilər”, - deyə ekoloq qeyd edib.
Telman Zeynalov deyir ki, Ermənistan sərhəd çayları ilə bağlı beynəlxalq konvensiyalara qoşulmadığı üçün belə addımlar atmağa çəkinmir. “Əgər rəsmi İrəvan bu konvensiyalara qoşularsa, beynəlxalq təşkilatlar qarşısında öhdəliklər götürməlidir. Ermənistan təxribatçı əməllər törətmək üçün bu tip konvensiyalara qoşulmayıb”, - deyə Telman Zeynalov qeyd edib.
Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev açıqlamasında Araz çayının qolu olan və Naxçıvanı su ilə təmin edən Azat çayının qarşısının kəsilməsi ilə bağlı məsələnin araşdırılacağını deyib. Ermənistan tərəfi sərhəd çayları ilə bağlı konvensiyalara qoşulmasa da Azərbaycan aidiyyəti təşkilatlar qarşısında götürdüyü öhdəlikləri yerinə yetirir və konvensiyalara qoşulub. Bu səbəbdən Rusiya, Gürcüstan və İranla sərhəd çayları ilə bağlı problemlər müşahidə olunmur.
Amma Ermənistan ərazisindən Azərbaycana axan çayların, demək olar ki, hamısının üzərində su anbarı tikib. Bu anbarlar vasitəsilə qarşı tərəf Azərbaycana su axınını istədiyi formada tənzimləyir. Hətta yay aylarında çayların qarşısını almaqla Azərbaycan ərazisində su qıtlığı yaradır.
Məsələn, Ermənistan tərəfi bir neçə dəfə işğal altında olan Sərsəng su anbarının (Tərtərçay çayı üzərində yerləşir) qarşısını kəsərək Tərtər, Bərdə, Yevlax, Ağcəbədi, Ağdam və Goranboy rayonlarının əkin sahələrini susuz qoyub.
Həmçinin Ermənistanın bu addımı Avropanın nüfuzlu təşkilatları tərəfindən də müzakirə olunub. Avropa Şurası Parlament Assambleyasının yanvar ayında keçirilən sessiyasında “Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən içməli sudan məhrum edilməsi” adlı məruzəsi qəbul edilib. Məruzədə Ermənistanın bu addımı pislənib.
Amma görünən odur ki, bu tip məruzələr Ermənistan rəhbərliyi üçün əhəmiyyətsizdir. Çünki belə olmasa rəsmi İrəvan köhnə “su siyasəti”ni davam etdirməzdi. Görünür, İrəvan belə təxribatçı əməlləri ilə Azərbaycana təsir göstərmək istəyir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İngiltərəli futbol hakimi 2026-cı ilin yayına qədər diskvalifikasiya olunub
20:10 28.02.2025
İngiltərəli futbol hakimi 2026-cı ilin yayına qədər diskvalifikasiya olunub
HAMAS İsraillə razılaşmanın növbəti mərhələsinə keçməyə hazırdır
19:55 28.02.2025
HAMAS İsraillə razılaşmanın növbəti mərhələsinə keçməyə hazırdır
“Turkmenistan Airlines” Moskvaya uçuşların dayandırılmasını martın sonuna qədər uzadıb
19:42 28.02.2025
“Turkmenistan Airlines” Moskvaya uçuşların dayandırılmasını martın sonuna qədər uzadıb
"Barselona" İspaniya klubunun qapıçısı ilə maraqlanır
19:31 28.02.2025
"Barselona" İspaniya klubunun qapıçısı ilə maraqlanır
Mask: Vens ABŞ-nin növbəti prezidenti ola bilər
19:18 28.02.2025
Mask: Vens ABŞ-nin növbəti prezidenti ola bilər
Oxot dənizində 200 balıqçı buz kütləsinin üzərində köməksiz qalıb
19:09 28.02.2025
Oxot dənizində 200 balıqçı buz kütləsinin üzərində köməksiz qalıb
"Arsenal" almaniyalı futbolçu ilə danışıq aparır
18:56 28.02.2025
"Arsenal" almaniyalı futbolçu ilə danışıq aparır
Almaniya ilə Gürcüstan arasında təhsil sahəsində əməkdaşlıq dayandırılır
18:46 28.02.2025
Almaniya ilə Gürcüstan arasında təhsil sahəsində əməkdaşlıq dayandırılır
ETX: Vətəndaşlar “Facebook” üzərindən saxta keçidlərə yönləndirilir
18:33 28.02.2025
ETX: Vətəndaşlar “Facebook” üzərindən saxta keçidlərə yönləndirilir
XİN: Rusiya və ABŞ birbaşa uçuşların bərpası imkanlarını nəzərdən keçirir
18:13 28.02.2025
XİN: Rusiya və ABŞ birbaşa uçuşların bərpası imkanlarını nəzərdən keçirir
Fazil Qasımova 10 il həbs cəzası istənilib
18:01 28.02.2025
Fazil Qasımova 10 il həbs cəzası istənilib
Azərbaycan kinoteatrlarına Özbəkistan istehsalı yeni super-komediya gəlir
17:47 28.02.2025
Azərbaycan kinoteatrlarına Özbəkistan istehsalı yeni super-komediya gəlir
İnfarkt keçirən Özcan Dəniz Bakıda - “Özümü çox yaxşı hiss edirəm” - FOTOLAR
17:33 28.02.2025
İnfarkt keçirən Özcan Dəniz Bakıda - “Özümü çox yaxşı hiss edirəm” - FOTOLAR
“Nar” AZTU tələbələri ilə mobil rabitə üzrə təcrübəsini paylaşmağa davam edir - FOTOLAR
17:30 28.02.2025
“Nar” AZTU tələbələri ilə mobil rabitə üzrə təcrübəsini paylaşmağa davam edir - FOTOLAR
ADU-da "Süni intellekt dövründə media: Yeni çağırışlar" mövzusunda tədbir keçirilib - FOTOLAR
17:20 28.02.2025
ADU-da "Süni intellekt dövründə media: Yeni çağırışlar" mövzusunda tədbir keçirilib - FOTOLAR
İrana casusluq edən gəmi kapitanı Ali Məhkəməyə müraciət edib
17:18 28.02.2025
İrana casusluq edən gəmi kapitanı Ali Məhkəməyə müraciət edib